Emin Bədəlov: "Futbol Gəncəyə, uğur "Kəpəz"ə yaraşır"

10.12.2015 | 2755 dəfə oxunub

Tanınmış müğənni Emin Bədəlov “Kəpəz”ə azarkeşlik edənlər arasındadır.

Stadium.az xəbər verir ki, gənc musiqiçi komandanın paytaxtda keçirdiyi oyunlarında “sarı-göylər”ə tribunadan dəstək verir. Klub saytı oxucular üçün maraqlı olacağını təxmin edərək Bədəlovdan futbolla bağlı müsahibə götürüb.

- Futbol sevgisi məndə uşaqlıqdan var. Çoxları kimi dünyanın ən sevimli idman növünə könül vermişəm. Futbolda baş verənləri hər gün izləyirəm. Hətta dostlarla yığışıb özümüz də tez-tez futbol oynayırıq. Hər bir gəncəli kimi, “Kəpəz”in azarkeşiyəm. Bu klub mənə çox doğmadır. Komandamızın titulları var. Düzdür, indi klubumuz yenidən formalaşır, əvvəlki ənənələrini bərpa etməyə çalışır. Turnir cədvəlində mövqeyi də pis deyil. İnşallah, addım-addım zirvəyə doğru qalxacağıq. “Kəpəz”in Müşahidə Şurasının sədri Elmir Vəliyev komandaya dəstək verən insandır. Onu tanıyıram və bilirəm ki, klubun uğur qazanması üçün əlindən gələni edir.

- Havanın necə olmasından asılı olmayaraq sizi həmişə Bakıda səfər oyunlarında azarkeşlər arasında tribunada görürük...
- “Kəpəz”in uğurlarına sevinən insanam. Hədsiz dərəcədə istəyirəm ki, komandamız yenidən çempionatda sözünü desin. Necə ki, illər öncə həmişə öndə olub, çempionluqlar yaşayıb, kubok alıb. İnanıram ki, tez bir zamanda “Kəpəz” yenidən ölkənin ən güclü klublarından biri olacaq. Futbol Gəncəyə, uğur “Kəpəz”ə yaraşır.

- Bəs sizi Gəncədə ev oyunlarında nə vaxt görə biləcəyik?
- Yəqin ki, tezliklə. İmkan olan kimi, yaxın vaxtlarda doğma şəhərimizdə “Kəpəz”in ev oyununu izləməyə gələcəyəm.

- Hər bir azarkeşin doğma komandasında sevimli futbolçusu olur. Emin kimin oyununu daha çox bəyənir?
- Bütün futbolçularımızın çıxışı ürəyimcədir. Hər birinə azarkeşlik edirəm. Onlarla uğur qazanacağımıza əminəm. Braziliyalı futbolçumuz Dario Federikonun oyununu isə xüsusi ilə qeyd etmək istərdim. Dario sürətli və texnikalıdır. Rəqibin 2-3 futbolçusunu necə keçməsi alqışa layiqdir. Təəssüf ki, zədəlidir və komandaya kömək edə bilmir. Ümid edirik ki, tezliklə sağalıb “Kəpəz”ə qoşulacaq. Juninyo da təcrübəli oyunçudur, komandaya xeyri dəyir.

- Gəncəli uşaqların arzusu “Kəpəz”də oynamaq və ya güləşlə məşğul olmaq olub. Sizin belə istəyiniz olub, yoxsa elə əvvəldən musiqini seçmisiniz?
-  (gülümsəyir) Yox, mən uşaqlıqdan müğənni olmağı arzulamışam, musiqini seçmişəm. Amma ürəyimdə futbola da sevgi olub və bu gün də həmin sevgi ilə yaşayıram.

-  Sonuncu sual. Futbol sevgisi sərhəd tanımır. Dünya futboluna kimə azarkeşlik edirsiniz?
- “Real” Madridə və Münhen “Bavariya”sına azarkeşlik edirəm. Hazırda futbolumuz inkişaf edir. Arzu edirəm ki, futbolumuz o səviyyəyə çatsın ki, dünya klublarına yox, elə öz komandalarımıza azarkeşlik etməklə kifayətlənək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail