Darmadağın son dəqiqədə rəsmiləşdi - YENİLƏNİB

Azarkeşlər qarşısında son oyunda üzücü hesab

07.10.2011 | 7806 dəfə oxunub

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycan milli komandası son ev oyununa çıxıb.

Stadium.az xəbər verir ki, komandamız Bakıda "Dalğa Arena"da Avstriyanı qəbul edib. Ardıcıl iki ev oyununda əvvəlcə Belçika ilə heç-heçə edən, daha sonra isə Qazaxıstan üzərində əzmkar qələbə qazanan komandamız doğma azarkeşlər önündəki tsiklin son matçında yaxşı nəticə əldə etmək istəsə də, buna nail ola bilməyib.

Matça Avstriya yaxşı başlayıb. Ardıcıl hücumlar zamanı müsafiəçi Saşa Yunisoğlunun kobudluğu komandamızı azlıqda mübarizə aparmağa məcbur edib. Bundan bir neçə dəqiqə sonra isə Avstriya hesabı açıb. İlk hissə bu hesabla da yekunlaşıb.

Fasilədən sonra da üstünlüyü davam etdirən qonaqlar daha iki dəfə qapımıza yol tapıblar. Vüqar Nadirovun fəallığı isə sadəcə təsəlli qolunu vurmağımıza imkan yaradıb. Matçın ikinci hissəsinə əlavə edilmiş dəqiqələrdə daha bir qol vuran avstriyalılar darmadağını rəsmiləşdiriblər.

Matçın gedişatı haqqında BURADAN məlumat ala bilərsiniz.


AÇ-2012-nin seçmə mərhələsi
A qrupu

7 oktyabr

21:00. Azərbaycan – Avstriya - 1:4
Qollar: Vüqar Nadirov, 74 (1:3) - Andreas İvanşiç, 34 (0:1). Mark Yanko, 51 (0:2). Mark Yanko, 62 (0:3). Marko Yunuzoviç, 90+1 (1:4)
Qırmızı vərəqə: Saşa Yunisoğlu, 27
Hakimlər: Stefan Ştuder, Manuel Navarro, Sandro Pozzi, Alan Byeri (hamısı İsveçrə).
Hakim-inspektor: Luçano Luci (İtaliya).
UEFA nümayəndəsi: Oleq Harlamov (Estoniya).

Komandaların heyətləri:

Azərbaycan: Kamran Ağayev, 3. Saşa Yunisoğlu, 14. Rəşad Sadıqov (k), 20. Ufuk Budaq, 5. Elnur Allahverdiyev, 13. Vurğun Hüseynov, 15. Ruslan Abışov, 6. Rəşad Sadiqov, 7. Vaqif Cavadov, 22. Əfran İsmayılov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 23. Andrey Popoviç, 2. Rail Məlikov, 8. Aleksandr Çertoqanov, 10. Branimir Subaşiç, 17. Vüqar Nadirov, 19. Rahid Əmirquliyev, 21. Vladimir Levin.
Baş məşqçi: Berti Foqts.

Avstriya: 1. Paskal Qrünvald, 5. Kristian Fuxs, 13. Ekrem Dağ, 15. Sebastyan Prödl, 2. Aleksandr Draqoviç, 6. Andreas İvanşiç, 14. Yulian Baumqartlinger, 8. David Alaba, 21. Mark Yanko (k), 16. Paul Şarner, 7. Marko Arnautoviç.
Ehtiyat oyunçular: 23. Robert Almer, 4. Manuel Ortlexner, 9. Filip Hosiner, 10. Marko Yunuzoviç, 17. Florian Kleyn, 18. Daniel Royer, 19. Veli Kavlak.
Baş məşqçi: Villi Ruttenştayner.



  #1   Adınız: ali;   E-mail: ---

08.10.2011 05:32

hansi kanalda izleye biliriz

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail