Əliyar Ağayevin Avroliqa matçında idarəçiliyi neçə balla qiymətləndirildi?

11.12.2015 | 4225 dəfə oxunub

Azərbaycan hakimliyi tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə təyinat alan Əliyar Ağayev vəzifəsinin öhdəsindən layiqincə gəldi.


Stadium.az xəbər verir ki, Avstriyada keçirilən"Rapid” (Vyana, Avstriya) – "Dinamo” (Minsk, Belarus) maçtını idarə edən FİFA referisi doğru qərarları ilə yadda qaldı.

Oyunun 21-ci dəqiqəsində qonaqların qapısına penalti təyin edən 28 yaşlı referi, düzgün qərarı ilə Avroliqa matçına boşuna təyinat almadığını isbatlamış oldu. Qarşılaşma ərzində əlini cəmi 1 dəfə cibinə atan Ağayev avstriyalılardan Stepan Aueri sarı vərəqə ilə cəzalandırdı. Onun idarəçiliyi qarşılaşmanın hakim-inspektoru Lusiano Luçinin də xoşuna gəlib. Əldə etdiyimiz məlumata görə, Əliyarın idarəçiliyinin 8,4 balla qiymətləndiriləcəyi gözlənilir ki, bu da ilk dəfə Avroliqa matçını idarə edən hakimimiz üçün əla göstəricidi. Rəsmi nəticələrin isə 2 gün ərzində açıqlanacağı gözlənilir.

Xatırladaq ki, Vyanada keçirilən qarşılaşmada Ağayevin köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olub. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənovla Orxan Məmmədov idi. Mübariz Haşımov isə dördüncü hakim funksiyasını yerinə yetirdi.

Qeyd edək ki, azərbaycanlı hakimlərin idarə etdiyi qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşdı. Sport7.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail