"Neftçi"nin "peşka"sı PFL-ə müraciət edib: "Stadium.Az"ın əməkdaşı bizim oyunumuza buraxılmasın"

12.12.2015 | 8521 dəfə oxunub

Hər sahənin peşəkarı olmaq gözəl mənzərədir. Bu peşəkarlığa gedən yol, həm də sən olan sahəyə yeni gələn birinə düz yol göstərməkdən keçir. Lap kiçik yaşlarımdan futbol meydanlarındayam. Müəyyən yaşa kimi futbolçu, sonra isə tribuna dəlisi olmuşam. Xəyalın çox etmişəm, amma bir gün jurnalistikaya gələcəyimi heç düşünməzdim. Amma həyatdır, gözləmədiyin anda gözləmədiklərin olur. Necə ki oldu da. Ağlıma gəlməyən anda əlimə jurnalistikaya gəlmək fursəti düşdü, məndə dəyərləndirdim.

Fəaliyyətə başladığım heç də uzun bir müddət deyildi ki, artıq ilk səfər zamanı gəlib çatdı. İstiqamət Lənkəran, oyun “Xəzər Lənkəran” – “Neftçi” dueli idi. Ağlıma gəlməzdi ki oyundan sonra yaşananlar stadionda başa çatmış qarşılaşmanı kölgədə qoyacaq. Oyundan sonra dediyim kimi, ağlıma gəlməyən başıma gəldi. “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevin gəlişini görüb video çəkilişə başladım. Birdə Abdullayevlə bərabər “Neftçi”nin paltardəyişmə otağında olduğumu anladım. Bundan sonra isə böyuk hadisə baş verdi. Kütləvi şəkildə üzərimə gələn “Neftçi” rəsmlərini hələdə nəsə anlamırdım. Hay-həşir qoparmalarının səbəbi qadağan olunduğu halda paltardəyişmə otağına girməyim idi. Bunu əldə əsas tutub mənə hücüm çəkdilər. “Neftçi”nin mətbuat katibi, azarkeşlərlə əlaqələndiricisi, simasin heçdə tanımadığım 35-40 yaşlı birisi bu cılız addımda daha fəal idilər. Amma heç də bu trio ilə iş bitmirdi. Hay-huya digər “Neftçi” rəsmləri, polis belə qoşulmuşdur. Hələ də çaşqınlıqda idim. Bu işdə ilk səfərə çıxacaq qədər yeni biri olduğumu nəzərə alsaq, heç də asan deyildi, bunları yaşamaq. Məsələnin telefonla olan çəkiliş olduğunu bilincə təkidlə “səbrli olun, məsələ düzələr”, desəm də, jurnalist olduğumu bildirsəm də, sakitlik anidən əlimdən alınan telofonla bərqərar oldu. Vəzifəniz budur, ya siz hələdə vəzifənizi anlamamısınız?

Dediyim kimi, mən yeniyəm bu işdə, hansısa nöqsanlara yol verə bilərəm, amma bu sənə fürsət vermir ki, bu şəkildə zorakılığa əl atasan.   Var peşəkar, bir də var belə "peşəkar". Sizlər yəqin ikincidənsiniz. Hörmətli klub “nümayəndələrinin" peşəkarlığı bununla bitsəydi nə vardı ki. Lənkəranda ara daha çox qarışmasın deyə, bir qədər səbrli olmağa çalışmışdım. “Neftçi”nin növbəti oyununda qarşılaşdığım durum mənim üçün daha ağır oldu.  “Neftçi” – “Qarabağ” oyunu üçün “Bakcell Arena”ya yenicə ayaq qoymuşdum ki,  Mehmanla  rastlaşdım. Bu həmin Mehmandır ki, mehmanlıqdan uzaq olaraq Lənkəranda üzərimə hücum çəkən klubun mətbuat xidmətinin rəhbəridir.

Artıq kimsənin yox,  ikimizin olduğunu görüb məsələni soyuq başla müzakirə etmək istədim. Cavab belə oldu, “nə müzakirə, biz hələ PFL-ə tapşırıq verdikki, səni bizim oyunlara buraxmasınlar”.

Sən peşəkarlığın həddinnə bax ha...

Vallah özünüzün baxışınızı bilmirəm, ancaq kənardan sizə baxanda, çox əndirabadi görünürsüz. Heyif o peşəkar azarkeşlərə, heyif o peşəkrarların sevgisin qazanmış futbolçulara ki, sizin kimi "peşəkarları" var. Hə bir də məsləhətim mənə israrla olmaz dediyin məsəllərin həllini vaxtın olsa gedib öyrənərsən. O soyunub geyinmə otağına icazə yoxdursa, maneəsiz necə girmişəm? Girmişəmsə qarşısı necə alınmalıdır? Öyrənməli olduğun çox şey var, amma elə bu ikisini öyrənsən böyük şeydi. Yəqin ki, bu yazıdan sonra məni “Neftçi” oyunlarına buraxmamaq həvəsin yenidən oyanar. O həvəsin yatmamış, qadağan etmək yollarında öyrənərsən. “Neftçi”nin növbəti oyununda görüşənədək. Yanlış anlama qadağanı unutmadım, ev oyunu olmaz, səfər görüşündə görüşərik.

Hamı hardasa işləyir, amma vicdanla işləmək lazımdır. İşində də peşəkar olmaq lazımdır, daha işdə kiməsə xoş gəlmək üçün “peşka” olmaq lazım deyil!

P.S : Yazının bir qədər gec yazılması bəzi səbəblərdən dolayı idi. İstəsən onuda öyrənə bilərsən. Bu həyatda heç vaxt öyrənmək gec deyil, baş ucalığıdır!

Xanoğlan İMANOV



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail