İlin son görüşü - Millimiz Çernoqoriyaya iki cavabsız qolla məğlub oldu

17.11.2010 | 3085 dəfə oxunub

Azərbaycan milli komandası bu gün Podqoritsa şəhərində Çernoqoriya seçməsi ilə yoldaşlıq oyunu keçirir. Bu qarşılaşma millimiz üçün ilin son oyunu olacaq.

rn

Artıq ilk yarının tən yarısı başa çatıb və qapılara qol vurulmayıb.

rn

İlk hissə başa çatdı və qapəlara qol vurulmayıb. Halbuki hissənin son dəqiqələrində meydan sahibləri tablodakı sıfırları dəyişdirə bilərdi. Amma Kamran Ağayev qapının uzaq doqquzluğuna gedən topu kornerə çıxara bildi.

rn

İlk hissədə olduğu kimi ikinci yarıda da millimiz inamlı təsir bğışlayır. Oyunun 57-ci dəqiqiəsi də arxada qalıb və hesab dəyişməz olaraq qalır.

rn

Yeri gəlmişkən, Foqts ikinci yarıya əvəzləməylə başladı. İlk yarıda oyunu alınmayan Elvin Məmmədovun əvəzinə meydana Fərid Quliyev çıxdı.

rn

Və hesab açıldı. 61-ci dəqiqədə Luka Peyoviç təxminən 30-35 metrdən mükəmməl zərbəylə möhtəşəm qola imza atdı. Bu qolda Kamranın da səhvi oldu. Çünki zərbə anında qapı xəttindən çox qabağa çıxmışdı. 

rn

Bu da ikinci qol. Oyunun 74-cü dəqiqəsində Fatoş Beçiray baş zərbəsiylə ikinci topu Kamranın qoruduğu qapıdan keçirdi.

rn

Oyun başa çatdı və millimiz iki cavabsız qolla məğlub oldu.

rn

16:00. ÇERNOQORİYA - AZƏRBAYCAN - 2:0

rn

Podqoritsa. Milli stadion
Baş hakim: Aleksandar Stavrev
Baş hakimin köməkçiləri: Ljubomir Krstevski, Marjan Kirovski

rn

ÇERNOQORİYA: 1. Mladen Bojoviç, 2. Savo Paviçeviç, 3. Marko Başa, 5. Radoslav Batak, 16. Luka Peyoviç, 16. Mladen Kaşçelan, 7. Simon Vukçeviç, 15. Miodqar Pekoviç (k), 10. Radomir Daloviç, 22. İvan Fatiç, 18. Dejan Damyanoviç.

rn

Ehtiyat oyunçular: 12. Srcan Blajiç, 4. Milan Yovanoviç, 8. Fatoş Beçiray, 14. Zarko Tomaşeviç, 17. Marko Cetkoviç, 19. Draşko Bojoviç, 21. Stefan Saviç.

rn

AZƏRBAYCAN: 1. Kamran Ağayev, 3. Saşa Yunisoğlu, 21. Vladimir Levin, 5. Elnur Allahverdiyev, 4. Mahir Şükürov (k), 15. Ruslan Abışov, 8. Aleksandr Çertoqanov, 19. Rahid Əmirquliyev, 10. Elvin Məmmədov, 17. Vüqar Nadirov, 11. Rauf Əliyev. 

rn

Ehtiyat oyunçular: 12. Fərhad Vəliyev, 7. Vaqif Cavadov, 9. Aqil Nəbiyev, 13. Vurğun Hüseynov, 16. Amit Quluzadə, 18. Nodar Məmmədov, 24. Fərid Quliyev. 

rn

 

rn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail