"Sumqayıt"da yubiley

13.12.2015 | 2684 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XVI turunun "İnter"lə oyunu "Sumqayıt" üçün ilk və yubileylə əlamətdar olub.



Stadium.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi tarixində ilk dəfə paytaxt klubu ilə səfər oyununda qalib gəlib. Əvvəlki 6 səfər matçında 1 qol və 1 xala sevinən "Sumqayıt" "İnter Arena"da 3:2 hesabı ilə qalib gələrək, ilki gerçəkləşdirib. Bu qələbə sumqayıtlıların Premyer Liqada 30-cu – yubiley uğuru olub. Buna 148-ci qarşılaşmada nail olan komanda 41 heç-heçə edib və 77 dəfə uduzub. "Sumqayıt”ın 30 qələbəsindən 22-si evdə, 8-si səfərdə əldə olunub.

Qalib gəldiyi oyun sayında Premyer Liqa tarixinin 28-ci komandası görüşdüyü 12 komandadan 11-ni məğlub edib. Sumqayıtlılar "Xəzər Lənkəran”, "Kəpəz”, "Qarabağ”ı 4, AZAL, "Turan”, "Neftçi”ni 3, "Bakı”, "Rəvan”, "Simurq”, "İnter”i 2, "Qəbələ”ni 1 dəfə üstələməyi bacarıb. Onlar yalnız 1 dəfə görüşdüyü "Zirə” üzərində qələbə qazana bilməyib.

5-ci mövsümünü keçirən Sumqayıtın eyniadlı təmsilçisi 2011/12-də 6, 2012/13-də 9, 2013/14-də 5, 2014/15-də 7, 2015/16-da 3 dəfə qalib gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail