Prosineçki: "...Rahidi "Riyeka"ya məsləhət görərəm"

13.12.2015 | 2732 dəfə oxunub

"Zirə" - "Qarabağ" görüşünü stadiondan canlı izləyən Robert Prosineçki matçdan sonra müsahibə verib:
 
- Oyun haqda nə söyləyə bilərsiniz?
 
- “Oyun məni qane etmədi. Komandaların qol şansları çox az oldu. “Zirə”ni bu hesabla təbrik etmək olar. “Qarabağ” Azərbaycanın ən güclü komandasıdır. Ona görə də”Zirə” bu hesabdan razı olmalıdır.
 
- 2015-ci ildə Millinin çıxışından razı qaldınızmı?
 
- Oynadığımız oyunlar məni razı saldı. Yalnız bir oyunda pis oynamışdıq. Son oyunumzda isə daha çox gənc oyunçulara şans verdik. Şans verdiyim 4-5 gənc futbolçu da, Moldovaya qarşı yaxşı oynadılar. Ümumilikdə, bizim üçün yaxşı oldu
 
- Foqtsdan fərqli olaraq qış failəsində təlim-məşq toplanışı etməyəcəksiniz...
 
- Antalyada klublarımızın məşqlərini canlı izləyəcəm. Millinin təlim-məşq toplanışı mart ayına nəzərdə tutulub. İyun ayı üçün də təlim-məşq toplanışı nəzərdə tutulub
 
- Milli komandanın yoldaşlıq oyunu gözlənilir?
 
- Əlbəttə. Hələlik danışıqlar gedir.
 
- AÇ-2016-nın final mərhələsində mübarizə aparan 3 komanda millimizlə DÇ-2018-in seçmə mərhələsində eyni qrupdadır. Həmin komandaların oyunlarını izləmək üçün Fransaya yollanacaqsınız?
 
- Bəli, fikrim var ki, gedim həmin komandaların oyunlarını canlı izləyim
 
- Öz ölkənizin, Xorvatiyanın şanslarını necə qiymətləndirirsiniz?
 
- Çətin qrupda düşüblər. Çexiya və Türkiyə güclü heyətə malikdirlər. İspaniya qrupun favoritidi.
 
- Rahid Əmirquliyevin adı Xorvatiyanın “Riyeka” klubu ilə hallanır. Həmçinin sizin Rahid Əmirquliyevi “Riyeka”ya məsləhət gördüyünüz bildirilir...
 
- Rahid Əmirquliyev millinin əsas futbolçularından biridi. Təəssüflər olsun ki, “Xəzər Lənkəran” klubu hazırda çətin günlərini yaşayır. Mən çox istəyirəm ki, Rahid güclü komandaya getsin və formada qalsın. Mənim “Riyeka” klubu ilə heç bir danışığım olmayıb. Məndən heç kim bu haqda soruşmayıb. Əgər Rahid haqda məndən soruşsalar, Rahidi "Riyeka"ya məsləhət görərəm. sportal.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail