AZAL-dan 75-ci ev qələbəsi

14.12.2015 | 3332 dəfə oxunub

AZAL Azərbaycan çempionatlarında 75-ci ev qələbəsini qazanıb. Paytaxt təmsilçisinin yubiley uğuru Azərbaycan Premyer Liqasının XVI turuna təsadüf edib. 

Stadium.az xəbər verir ki, “Xəzər Lənkəran”ı 1:0 hesabı ilə məğlub edən bakılılar doğma azarkeşləri önündə 75-ci dəfə 3 xal qazanıb. 

AZAL buna öz meydanındakı 157-ci qarşılaşmada nail olub. Hesabında 41 heç-heçə və 41 məğlubiyyət olan “təyyarəçilər” Murad Səttarlının qolu ilə yubiley qələbəsinə sevinib. Evdə 212-ci qolu vuran paytaxt təmsilçisi 139 top buraxıb.

Güclülər dəstəsində 2005/2006 mövsümündə debüt edən AZAL ilk ev qələbəsini “Olimpik” adlandığı vaxt qazanıb. Bu, komandanın öz meydanında keçirdiyi 9-cu matça təsadüf edib. 2006-cı il martın 12-də bakılılar “Göyəzən”i 2 cavabsız qolla məğlub edib.

AZAL-ın ev qələbələri mövsümlər üzrə: 2005/06 – 2, 2006/07 – 9, 2007/08 – 10, 2008/09 – 7, 2009/10 – 5, 2010/11 – 10, 2011/12 – 9, 2012/13 – 10, 2013/14 – 4, 2014/15 – 5, 2015/16 – 4.

Paytaxt klubu öz meydanında 22 komandanı məğlub edib: “Turan” – 8, “Bakı” - 7, “Kəpəz”, “Neftçi”, “Qəbələ”, “Simurq”, “Sumqayıt”, “Xəzər Lənkəran” – 5, “İnter”, “Karvan”, “Rəvan” – 4, “Muğan”, “Qarabağ” – 3, “Gənclərbirliyi”, MOİK, “Standard” – 2, ABN, “Bakılı”, “Göyəzən”, “Masallı”, “MKT-Araz”, “Şahdağ” – 1.

Premyer Liqada “Olimpik” və “Olimpik-Şüvəlan” adları altında da çıxış edən AZAL evdə 75 və daha çox qələbə qazanan 10-cu komanda kimi tarixə düşüb. Öz meydanında ən çox qələbə qazanan komanda “Qarabağ”dır – 220 dəfə. “Neftçi”nin 218 belə qələbəsi var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail