Elnur Məmmədov ECA-nın işçi qrupunun iclasında iştirak edəcək

14.12.2015 | 3963 dəfə oxunub

İngiltərənin Mançester şəhərində Avropa Klublar Assosiasiyasının (ECA) “Marketinq və Kommunikasiya üzrə İşçi Qrupu”nun ilk iclası təşkil olunacaq.

Stadium.az xəbər verir ki, işçi qrupunun sədri Ed Vudvardın adından “Neftçi” PFK-ya ünvanlanmış məktubda klubun icraçı direktoru Elnur Məmmədovun iclasa dəvəti öz əksini tapıb.

Klub rəsmisi adı çəkilən tədbirə qatılmaq üçün bu gün İngiltərəyə səfər edib. İclas 15.12.2015-ci il tarixdə “Old Trafford” stadionunda baş tutacaq.

Qeyd edək ki, işçi qrupunun üzvləri arasında İspaniyanın "Real”, İtaliyanın "Milan”, Almaniyanın "Bayern Münhen”, İngiltərənin “Arsenal” kimi klublarının nümayəndələri də var.

Xatırladaq ki, bir müddət əvvəl Avropa Klublar Assosiasiyasının (ECA) İcraiyyə Komitəsi 2015-2017-ci illər üçün 5 işçi qrupunun tərkibini seçərək təsdiq etmişdi. Avropa Klublar Assosiasiyasının “Marketinq və Kommunikasiya qrupu”nda "Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədov da yer almışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail