AFFA-dan Premyer Liqanın klublar üçün yeni yarış təklifi- FOTO

14.12.2015 | 2915 dəfə oxunub

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki, AFFA-nın texniki direktoru Bernhard Lippert və Məşqçilər Komitəsinin üzvləri Azərbaycan Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri ilə görüş keçirib.

Stadium.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə keçirilmiş görüşdə ölkə futbolunun inkişafı, problemlərin həlli yolları müzakirə olunub. 

Əsasən, futbolçuların hazırlıq səviyyəsi, uşaq futbolunun vəziyyəti xüsusi vurğulanıb. Mövsüm ərzində futbolçuların daha çox oyun keçirməsini təmin etmək üçün Azərbaycan Premyer Liqası klublarının iştirakı ilə daha bir turnirin təşkilinin zəruriliyi qeyd olunub. Eləcə də, qış fasiləsi zamanı ölkə xaricində təlim-məşq toplanışı keçə bilməyən klubların arasında qısamüddətli turnirin keçirilməsi təklifi də səsləndirilib.

Görüş iştirakçıları təkliflərini irəli sürməklə yanaşı, müzakirələrin səmərəli və faydalı olacağına ümid etdiklərini bildiriblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail