"Bilirik ki, azarkeşlərimiz də bizdən qələbə gözləyir"

14.12.2015 | 2792 dəfə oxunub

“Komandamız möhkəm birlik üzərində qurulub. Baş məşqçimiz yaxşı kollektiv formalaşdırıb. Yumruq kimi birləşmişik və eyni hədəfə vururuq”.

Stadium.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Azad Kərimov klubun rəsmi saytına deyib.

O, son oyunlar “sarı-göylər”in qələbə qazana bilməməsinə toxunub:

 “Futbol kollektiv və zəncirvari oyundur, bir futbolçu yaxşı oynamayanda ansambl pozulur. Bizdə hər şey normaldır, yeganə çatışmayan cəhətimiz qol vura bilməməyimizdir. Deyim ki, imkanlarımız olmur, düz çıxmaz. Hər oyun 4-5 real qol epizodu yaradırıq, amma istifadə edə bilmirik. Qol vura bilsək, nəticələrimiz yaxşılaşacaq”.

A.Kərimov “Xəzər Lənkəran”la səfər, “Neftçi” ilə ev matçı öncəsi fikirlərini bildirib:

 “İnşallah, hər iki matçda uğur qazanmaq əsas məqsədimizdir. Maksimum nəticə ilə oyunları başa vursaq, hesabımıza 6 xal yazacağıq. Bu da turnir cədvəlindəki yerimizə təsirsiz ötüşməyəcək. Bilirik ki, azarkeşlərimiz də bizdən qələbə gözləyir. Onlar istənilən hava şəraitində, ev və səfər oyunlarında bizi lazımınca dəstəkləyirlər. Fanatları sevindirməliyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail