"Hədəfimiz çempionatda minimum ilk “üç-lüy”ə düşməkdir”

16.12.2015 | 2885 dəfə oxunub

“Neftçi”nin 19 yaşadək qızlardan ibarət komandası U-19 Qızlar Liqasının 9-cu turunda “Sumqayıt”la  qarşılaşacaq.


Stadium.az xəbər verir ki, komanda bu görüşə hazırlıq çərçivəsində qızlardan ibarət Azərbaycan U-17 yığması ilə yoxlama oyunu keçirib.

“Dalğa Arena”da baş tutmuş görüş 1:1 hesabı ilə nəticələnib. "Neftçi"nin qolunu Süsən Mənsimova vurub. Oyundan sonra baş məşqçi İbrahim Məmmədov, futbolçular Ülviyyə Ağayeva və Süsən Mənsimova "Neftçi TV"-yə açıqlama veriblər.


İbrahim Məmmədov: “Hava şəraiti ilə əlaqədar istədiyimiz bəzi taktiki işləri görə bilmədik, oyun çətin oldu. Buna baxmayaraq, məqsədimiz ehtiyatda olan futbolçuları yoxlamaq idi ki, bunu da elədik. Normal da alındı. Əsas məqsədimiz bu həftə “Sumqayıt”la oyundan qələbə ilə qayıtmaqdır. Hədəfimiz çempionatda minimum ilk “üç-lüy”ə düşməkdir”.

Ülviyyə Ağayeva: “Bu gün nəticə vacib deyildi, bizim üçün bu həftə “Sumqayıt”la keçiriləcək oyun vacibdir. İnşallah, qələbə qazanarıq. Bu mövsümdə əsas odur ki, yaxşı yer tutaq, amma əsasən çempionluğa oynayırıq. Komandaya çox inanıram, qızlar var gücünü qoyurlar”.

Süsən Mənsimova: “Hava pis idi deyə, oyun çətin oldu. Bununla belə, məğlub olmadıq. “Sumqayıt”la oyunda məqsədimiz qələbə qazanmaqdır. Hədəfimiz çempionluqdur, “Neftçi”nin adına layiqli yerlərdə olmasıdır. Buna görə çalışırıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail