Vaqif Sadıqov: "Xəzər Lənkəran" və "İnter"i qorumalıyıq"

16.12.2015 | 2487 dəfə oxunub

Bir neçə gün əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov, texniki direktor Bernhard Lippert, milli komandanın baş məşqçisi Robert Prosineçki, Məşqçilər Komitəsinin üzvləri və Azərbaycan Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri ilə keçirilmiş görüşdə çempionatda çıxış edən komandalarının sayının artırılması təklif olunub.
 
Stadium.az xəbər verir ki, bu barədə Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məlumat verib.

O, bildirib ki, təklif "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov tərəfindən irəli sürülüb. Lakin məsələ elə orada dondurulub: "İclasda bildirilib ki, hazırda Premyer Liqada olan komandaları saxlamaq lazımdır. Həm "Xəzər Lənkəran", həm də "İnter"i qorumalıyıq. Hər ikisi köklü klubdur. Mövsüm sonuna qədər onları qorumalıyıq. Yəni hazırkı Premyer Liqanı qorumaq vacib bilinib".

Komitə sədri qeyd edib ki, daha bir neçə klubun da vəziyyətinin ağır olması səbəbindən komandaların sayının artırılması məsələsi hələlik gündəmdə deyil.  report.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail