Tərlan Əhmədov: "Neftçi”ni üstələdik və mən qisasımı aldım"

17.12.2015 | 3481 dəfə oxunub

"İtkilərimiz çox idi. Aleksandr Qurulinin zədəsi  var,  çox güman ki, son oyunda da iştirak edə bilməyəcək. Qvanzav və Nuqzar da zədədən əziyyət çəkir. Buna baxmayaraq, meydançaya çıxan futbolçular yüksək səviyyədə futbol sərgilədilər. “Neftçi”yə qarşı oyunu müdafiədən qurduq, rəqibi təhlil etmişdik. “Neftçi”nin bütün həmlələrinin qarşısını almaqla yanaşı, lazım olan qolu da vura bildik".

Stadium.az xəbər verir ki, bu fikirləri "Neftçi" ilə matçdan (1 - 0) sonra keçirilən mətbuat konfransında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov səsləndirib.

O, sonra fikirlərinə belə davam edib: "İki gün sonra “Zirə”ni qəbul edəcəyik, həmin oyunlara hazırlaşacağıq. Şüvəlana gələn bütün məşqçilərlə görüşmüşəm, amma bu gün oyundan öncə və oyundan sonra Əsgər Abdullayevlə görüş olmadı. Aramızda heç bir inciklik yoxdur, bu həyat təcrübəsidir. Ola bilər ki vaxtilə ünvanımıza deyilən bəzi sözlərin müqabilində  bu məğlubiyyət həzm olunmur".

"Təyyarəçilər"in çalışdırıcısı "Neftçi" ilə matçın onun üçün prinsipial olduğunu deyib: "Bizim üçün hər oyun vacibdir, amma oyun oyuna bənzəmir. Komandanı yaradanda vaxt istəmişdim və bildirmişdim ki, bunun bəhrəsini görəcəksiniz. Düzdür, müəyyən tənqidlər oldu, amma buna baxmayaraq, biz oyundan oyuna inkişaf edirik. Açığı, “Neftçi” ilə oyun mənim üçün prinsipial idi. Bu görüş futbolçuların yox, mənim prinsipim idi. Cari mövsümdə “Neftçi”ni 2 dəfə məğlub etmişik, bu bizim yox, komandanın əməyidir. “Neftçi”ni 2-1 hesabı ilə udanda rəqib düşərgədən demişdilər ki, AZAL küçə komandasıdır. Əlbəttə ki, bu sözdən sonra “Neftçi” mənim üçün prinsipial rəqib olacaq. Əgər mən bu gün AZAL-da işləyirəmsə, bu komandanın şərəfini qoruyuram. Heç kim heç kimi aşağılaya bilməz. Həmin o sözə görə biz bu gün “Neftçi”ni üstələdik və mən qisasımı aldım".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail