AFFA “Avro-2020” ilə bağlı millinin məşqçilər heyətinə yeni təlimatlar verib

30.11.-0001 | 1279 dəfə oxunub

AFFA-nın Futbol Akademiyasında qurumun baş katibi Elxan Məmmədov Azərbaycan yığmalarının məşqçi heyəti ilə görüşüb.

Stadium.az xəbər verir ki, tədbirdə millinin baş məşqçisi Robert Prosineçki, texniki direktor Bernhard Lippert, Məşqçilər Komitəsinin üzvləri və müxtəlif yaş qruplarından ibarət yığmalarda fəaliyyət göstərən məşqçilər iştirak ediblər.

Tədbirdə dekabrın 14-də Bakı Olimpiya Stadionunda Premyer Liqa klublarının baş məşqçiləri ilə keçirilmiş görüş xatırlanaraq səmərəli müzakirələrin aparıldığı bildirilib, milli komandaların məşqçi heyəti ilə klubların məşqçiləri arasında qarşılıqlı əlaqənin yüksək səviyyədə olmasının vacibliyi vurğulanıb.

Görüşdə qeyd olunub ki, 2020-ci ildə təşkil olunacaq və dörd oyunu Bakıda keçiriləcək Avropa çempionatında Azərbaycan milli komandasının iştirakına nail olmaq üçün istedadlı, gənc futbolçular indidən diqqət mərkəzində saxlanılmalı, bununla əlaqədar yığma və klub məşqçiləri sıx əməkdaşlıq etməli, zərurət yaranacağı təqdirdə gənc futbolçularla fərdi məşqlər də keçirilməlidir.

“Avro-2020”də çıxış edə biləcək milli komandanın formalaşdırılması üçün qısa müddət ərzində ən azı 30 nəfərdən ibarət 1994-2000-ci il təvəllüdü futbolçuların siyahısının tərtib olunması, həmin futbolçulara fərdi məşqlərin keçirilməsi məqsədilə metodiki vəsaitin hazırlanması qərara alınıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail