Adams üçün 44-cü oyun öncəsi 45 yaş

İngilis mütəxəssis ad gününü qeyd edir

10.10.2011 | 5572 dəfə oxunub

"Qəbələ"nin baş məşqçisi Toni Adamsrnoktyabrın 10-da ad gününü qeyd edir. Stadium.az xəbər verir ki, 45 yaşını tamamlayan mütəxəssis həyatındarn2-ci dəfə bu şad gününü Qəbələ təmsilçisinin "sükanı arxasında" bayram edir.rnFutbol əfsanəsinin 45 illik ömrünün böyük hissəsi elə bu idman növünə bağlıdır.rnBunun nəticəsidir ki, o, 7 il əvvəl Britaniya İmperiyasının Ordeni ilə təltif olunub.

Adamsın ad günündə onun karyerasını nəzər salmaqrnmaraqlı olardı. İndiki klubu ilə 1 il 4 ay əvvəl 3 illik müqaviləyə imza atanrnçalışdırıcı zəngin futbolçu karyerasına malikdir. 1966-cı il oktyabrın 10-darnİngiltərənin Romford şəhərində anadan olan Adamsrnuzun illər çıxış etdiyi mərkəz müdafiəçisi mövqeyində məşhurlaşıb. 
rn
rn1980-ci ildən Londonrn"Arsenal"la müqavilə bağlayan arxa xətt oyunçusu karyerasını bitirdiyi 2002-cirnilədək də "topçular"a sadiq qalıb. Kluba cəlb olunduğu andan 3 il sonra əsasrnkomandaya keçən futbolçu 19 ildə 669 oyuna 48 qol vurub.
rn
rn23 il öncə, 1988-ci il yanvarın 1-dən isə, hələ 21rnyaş 2 aylıq Adams əsas komandanın kapitanırnseçilib. Bu sarğını Kenni Sansomdan alan əfsanə düz 14 il, karyerasınınrnsonunadək Londonrntəmsilçisini meydana kapitan kimi çıxarıb. O, bu sarğını 9 il əvvəl digərrnəfsanə fransalı Patrik Vieyraya verib.
rn
rnKaryerasında 4 dəfə - 1988/89, 1990/91, 1997/98 vərn2001/02-ci illərdə Premyer Liqanın çempionu olan "Arsenal"ın kapitanı 3 fərqlirnonillikdə bu titula sahib çıxmaqla da rekorda imza atıb. 
rn
rn"Qəbələ"nin baş məşqçisinin karyerasında 1993, 1998rnvə 2002-ci illərdə İngiltərə kubokunu, 1987 və 1993-cü illərdə Liqa kubokunu,rn1991, 1998 və 1999-cu illərdə qazanılan Superkubok da var. Kapitan 1993/94rnmövsümündə "Parma" üzərində qələbədən sonra Kuboklar Kubokunun da sevincinirnyaşayıb. 2000-ci ildə UEFA kubokunun finalında "Qalatasaray"a penaltilərrnseriyasında uduzmağın acısını yaşayıb.
rn
rnAzərbaycan futbolu tarixinə ilk ingilis kimi düşən Adams ölkəsinin gənclər və yeniyetmələr yığmalarında,rn1987-ci ildən isə əsas millisində çıxış edib. 66 matça 5 qol vurduğu milli ilərn3 dəfə Avropa (1988, 1996, 2000), 1 dəfə dünya (1998) çempionatının finalrnmərhələsində iştirak edən əfsanə 1994-96-cı illərdə, həmçinin yığmarnkaryerasının son aylarında – 2000-ci ilin avqustundan sonunadək milli komandadarnda kapitan sarğısını daşıyıb. 1996-cı ildə Avropa çempionatında bürünc medalrnqazanıb.
rn
rnFutbolçu karyerasını bitirəndən 1 il sonra Adams baş məşqçi fəaliyyətinə start verib. "UikombrnUonderers" klubunu 2003/04 və 2004/05 mövsümlərində 53 oyuna çıxardıqdan sonrarnbu komandadan ayrılıb. 2006-cı ilin iyununda "Portsmut"a dəvət olunanrnmütəxəssis baş məşqçi Harri Rednappın köməkçisi olub. Həmyerlisinin PremyerrnLiqa təmsilçisindən istefa verməsindən sonra 2008-ci ilin oktyabrından 2009-curnilin fevralınadək Adams baş məşqçi kimirnişlədi. Bu postda 22 matç çalışan Adamsın karyerasında yeni dönəm ötən ilinrnyayında başlayıb.
rn
rnHəmin vaxtdan "Qəbələ"də fəaliyyət göstərənrnmütəxəssis bu müddətdə o komandanı 40 çempionat və 3 kubok matçına çıxarıb. 45rnyaşını qeyd etdikdən sonra 44-cü matçına - "Kəpəz"lə oyuna çıxacaq.rn"Qəbələ" öz Premyer Liqa tarixinin ən uzun məğlubiyyətsiz seriyalarına da məhzrningiltərəli çalışdırıcının rəhbərliyi altında imza atıb. Az əvvəl 16 matçlıqrnseriyası qırılan komanda ötən il də 12 oyunluq yenilməzliklə fərqlənmişdi.

Mənbə: "Qəbələ" FK mətbuat xidməti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail