Fikrət Hüseynov: "Tərlan Əhmədovla əməkdaşlıqdan məmnunuq”

18.12.2015 | 3400 dəfə oxunub

AZAL-ın vitse-prezidenti Fikrət Hüseynovun klubun rəsmi saytına müsahibəsi


-Ağır oyun oldu. “Neftçi” kimi adlı-sanlı rəqib üzərində qələbə qazandıq. Özü də komandamız gözəl oyun nümayış etdirdi. Biz bunu təsadüf saymırıq. Çünki komandamızın gücünə bələdik. İlk oyunda da bu rəqibi məğlub etmişdik. Son oyunlar mövsümün əvvəlində atdıgımız addımların doğru olduğunu təsdiqləyir. Heyət gənclərdən qurulsa da, onların potensialı var. Biz buna həmişə inanmışıq. Qələbə həmişə gözəldi. Amma eyforiyaya qapılmaq lazım deyil. İndi ilin son oyunu haqda düşünməliyik. Qarşıda “Zirə” ilə görüş var. Bu oyunda da qalib gəlmək lazımdır.  


-Bir neçə gündən sonra çempionatda fasilə yaranacaq. Yəqin ki komandada müəyyən dəyişiklik olacaq. Klubun planları haqda nə deyə bilərsiz?


-Artıq hazırlıq planı hazırdı. Baş məşqçi öz proqramını bizim müzkirəmizə təqdim edib. Rəhbərlik onun icrasını təmin etmək üçün lazımi işləri görəcək. Heyətdə ciddi dəyişiklik gözlənilmir. Tərlan Əhmədov problemli mövqələrə bir-iki futbolçu alınmasını istəyib. İndi bunun üzərində çalışırıq. Artıq bir əcnəbi futbolçu ilə razılığa gəlmişik. Meksikalı Adan Koronado ilə müqavilə bağlanılıb və o, yanvarın 6-da komandaya qoşulacaq. Digər namizədlər də var. Tərlan Əhmədovun verdiyi siyahı əsasında transfer fəaliyyətimizi quracağıq. Sadəcə danışıqlar getdiyi üçün açıqlama vermək bir qədər tezdir.


- Yeri gəlmişkən, Tərlan Əhmədovun işini necə qiymətləndirirsiniz?


-Tərlan Əhmədovun işi göz qabagındadır. Belə bir komanda formalaşdırdıgına görə ona ancaq təşəkkür edə bilərik. O, klubun ən ağır vəziyyətində bizə, kollektivə sadiq qaldı. Hələ may ayının sonunda biz strategiyanı dəyişərkən, büdcəni azaldarkən Əhmədov klubda qalacağını bildirdi. Gənc olmasına baxmayaraq, Tərlan təcrübəli həmkarlarının risk belə  etmədiyi yükün altına girdi. Məhdud büdcə, təcrübəsiz futbolçular, heyətlə bağlı problemlər onu qorxutmadı. Əksinə, Əhmədovun cəsarəti və gələcəyə inamı bizi işə həvəslndirdi. Düzü, özümüzün icərimizdə də komadanın perspektivinə şübhə ilə yanaşanlar var idi. Heyətə cəlb olunanların bir çoxu uzun müddət idi futboldan kənarda qalmışdı. Murad Səttarlı, Nuqzar Kvirtiya, Rail Məlikov, Qvanzav Maqomedov, Emin Cəfəruliyev kimi oyunçular müəyyən səbəbdən yaşıl meydançadan uzaq düşmüşdülər. Lakin Tərlan həmişə səbrli olmağı və mübariz komanda yaradacağımızı əminliklə söyləyirdi. Bu gün onun ümidləri doğrulmaqdadı. Hesab edirəm ki, AZAL oyun baxımından heç kimdən aşkar geri qalmır. Nəticə də qənaətbəxşdi. Tərlan Əhmədov klubun ehtiyyat qüvvəsinin yetişməsinə, aşağı yaş qruplarından istedadlı yeniyetmələrin tapılb üzə çıxarılmasında da əvəzsiz xidmət göstərir. Məhz o, Seymur Əsədovu, Kamal Mirzəyevi, İsmayıl İbrahimlini, Aydın Qasımovu üzə çıxardı. Bu gün bütün uşaq komandalarının oyunlarını izləyir, bizə daim təkliflər verir. Bir sözlə, onunla yollarımızı davam edirik və belə əməkdaşlıqdan məmnunuq.


- Komanda ilə bağlı məlumatları dediniz. Bəs ümumilikdə   klubun inkişaf perspektivləri haqda nə deyə bilərsiz?

-Bu sahədə də addımlar atılır. İnfrastruktur imkanlarının yaxşılaşdırılması üçün bəzi layihələri həyata keçiririk. “AZAL-Arena”nın öt örtüyünün dəyişdirilməsi üçün danışıqlar başa çatıb. Dekabrın 21-dən etibarən türkiyəli mütəxəssislər stadionda işə başlayırlar. Uşaq futboluna diqqəti artırmaq istəyirik. Bunun üçün klub rəhbərliyi qarşısında məsələlər qoymuşuq.  Eni zamanda AFFA ilə əməkdaşlığa ciddi önəm veririk. Klubun büdcəsinə əlavə vəsaitlərin cəlb edilməsi istiqamətində də işlər aparılır. Bir sözlə, klubun yeni strategiyasına əsasən yeni imicə, yeni simaya malik olacaq AZAL-ın gələcəyi naminə bütün imkanlar səfərbər olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail