Millimiz Belçika üzərində qələbəni əldən verdi - YENİLƏNİB

Yığmamız Belçika ilə heç-heçə oynadı

10.10.2011 | 5717 dəfə oxunub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində bu gün növbəti matçına çıxıb.

Stadium.az xəbər verir ki, qrupdakı ilk matçında səfərdə İngiltərə 0:6, Belçikaya isə 1:4 hesabı ilə məğlub olmuş yığma komandamız bir neçə gün öncə üçüncü matçında da uduzmuşdu. "Dalğa Arena"da Norveçlə qarşılaşmış komandamız 2 cavabsız qolla rəqibə təslim olmuşdu.

Yığmamız bu gün adıçəkilən arenada daha bir matça çıxıb. Rəqib səfərdə məğlub olduğumuz Belçika yığması olub. Qarşılaşmaya komandamız yaxşı başlayıb. İlk dəqiqələrdən hücumda oynayan komandamız 2 fərqli üstünlük əldə edib. Ancaq belçikalılar fasiləyədək qollardan birinin əvəzini çıxıb.

İkinci hissənin əvvəlində qonaqların üstünlüyü nəzərə çarpıb və onlar bərabərlik qolunu da vurublar. Bundan sonra hücumlar təşkil edən komandamız qələbə hesabını bərpa edə bilməyib. Komandamız qələbəni əldən versə də, qrupda ilk xalını qazanıb.

AÇ-2013-ün seçmə mərhələsi
8-ci qrup

10 oktyabr

18:00. Azərbaycan – Belçika - 2:2
Qollar: Cavid İmamverdiyev, 22 (1:0), Сihan Özkara, 31 (2:0) - De Pauv, 40 (2:1), De Yonq, 76 (2:2)
Baş hakim: Marius Avram
Baş hakimin köməkçiləri: Sebastyan George, Miklos Nagi
Dördüncü hakim: Radu Popesku (hamısı Rumıniya)
Hakim-inspektor: Valter Klark (Şimali İrlandiya)
UEFA nümayəndəsi: Mehmet Süheyl Önen (Türkiyə)
Bakı. “Dalğa Arena” stadionu



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail