Şahin Diniyev: "Çətin olsa da, bunu bacarmağa çalışacağıq" VİDEO

20.12.2015 | 2433 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 18-ci turunda "Neftçi"ni qəbul edəcək "Kəpəz" klubun baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına oyunla bağlı fikirlərini bölüşüb. Stadium.Az xəbər verir ki, Diniyev ilin son oyunu haqda belə danışıb: 
“Əvvəlcə onu deyim ki, Yevlaxda bizə yaradılan şəraitdən məmnunuq. Bərpa olunmaq üçün gözəl məkandır, sakitlik var. İlin son sınağına hazırlaşırıq. Qarşıdakı oyunun da çətin keçəcəyini söyləmək olar. Çünki “Neftçi” adı artıq rəqib haqda hər şeyi deyir, əlavə təqdimata ehtiyac yoxdur. Hər zaman iddialı olan köklü klubumuzdur. Çalışacağıq ki, uğurlu nəticə qazanaq. Çətin olsa da, bunu bacarmağa çalışacağıq. İlin son oyunudur, ona görə də hamı “çemodan” əhval-ruhiyyəsindədir. Uşaqlar məzuniyyətə buraxılacaqlar. Belə vaxtda toparlanmaq çətindir. Lakin mən inanıram ki, yaxşı oyun sərgiləyib evə gülərüzlə gedəcəyik. Yorğunluq var, bu da başa düşüləndir. Bir heyətlə oynayırıq, rotasiya etməyə gücümüz yoxdur”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail