"Qələbə ilə "Neftçi"dən uzaqlaşa bilərik"

20.12.2015 | 2366 dəfə oxunub

Bu gün “Kəpəz” Gəncədə “Neftçi”ni qəbul edəcək.

Stadium.az xəbər verir ki, oyun öncəsi “sarı-göylər”in futbolçusu Şəhriyar Rəhimov klubun rəsmi internet saytına açıqlamalar verib. Rəhimov əvvəlcə XIIV turda “Xəzər Lənkəran” səfərində qazanılan qələbəyə toxunub:  
 
“Lənkərandakı oyunun bizə nə verəcəyini yaxşı bilirdik. Turnir cədvəlində xal ehtiyatını artırmaq üçün qələbə qazanmağa borclu idik. Həm də heç-heçələr seriyasına son qoymaq istəyirdik. Məqsədimiz sindromu qırıb nəhayət ki, azarkeşləri qələbə ilə sevindirmək idi. Qələbə komandamızın əhval-ruhiyyəsinə müsbət mənada təsir edib”.   
 
Cari mövsümdə Şəhriyar artıq 3 qol vurub. Müdafiəçinin məhsuldar zərbələri standart vəziyyətlərin davamında rəqib qapısından keçib. O, “Xəzər Lənkəran”a qarşı görüşdə də eyni vəziyyətdən fərqlənib: “Ümumiyyətlə, meydana çıxanda qol vurmaq haqda fikirləşmirəm. Mən müdafiəçiyəm, əsas olan komandanın qələbəsidir, qolu kimin vurması yox. Oyun epizodlarında çox nadir hallarda rəqib qapısının önündə görünürəm. Amma standartlar zamanı irəli atılıram. Xoşbəxtlikdən “Xəzər Lənkəran”la matçda da belə vəziyyətdən fərqləndim. Çox sevinirəm ki, qələbə topuna imza atdım. Qolu kimin vurmasından asılı olmayaraq sevinəcəkdim. Onu da deyim ki, Lənkəran klubu ilə görüşdə oyunumuzu cinahlardan qurmuşduq və hücuma belə atılmalı idik. Baş məşqçimiz Şahin Diniyev cinah müdafiəçisi olsam da, mənə daha irəlidən oynamağı tapşırmışdı. Hücumla yanaşı, müdafiədə də dəqiq oynamalıydım”.
 
Şəhriyar son olaraq maraqla gözlənilən “Neftçi” ilə oyuna toxunub: “Bizi ağır oyun gözləyir. “Neftçi” yüksəlişdədi. Matçın prinsipiallığını yaxşı başa düşürük. Axı söhbət tarixi derbidən gedir. Sosial şəbəkələr vasitəsi ilə gəncəli azarkeşlərin oyuna necə hazırlaşdığını izləyirik. Biz futbolçular da onları qələbə ilə sevindirməyə çalışacağıq. Vacib oyundu, rəqib turnir cədvəlində bizə yaxın mövqedə yer alıb. Qələbə ilə onlardan uzaqlaşa bilərik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail