Vaqif Cavadov: "Elxan Məmmədov zəng edib soruşmadı ki..."

Cavadov düşərgəni tərk etməyinin səbəbini açıqladı

10.10.2011 | 6938 dəfə oxunub

Ç-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda Avstriya kollektivinə 1:4 hesablı məğlubiyyətdən sonra yığmamızın üzvü Vaqif Cavadovun millidən imtina etdi.

Stadium.az xəbər verir ki, Rusiyanın “Volqa” klubunun üzvü qarşılaşmadan sonra heç bir səbəb olmadan yığmanın düşərgəsini tərk edib. Bununla bağlı Vaqif Cavadov ANS TV-yə eksklüziv müsahibə verib.
 
- Yığmadan imtina etməyinizlə bağlı xəbər doğrudurmu?
- İlk növbədə bildirmək istəyirəm ki, mən belə bir söz deməmişəm. Kimsə mənim ağzımdan millidən imtina etməyim barədə söz çıxardığımı söyləyə bilməz. Mən Azərbaycan yığmasında oynamaqdan həmişə qürur duymuşam. Mən 16 yaşımdan Rusiya milisindən gələrək Azərbaycan yığmasında oynamışam. Məni bəziləri kimi arxamca 3 dəfə Moskva gəlib dəvət etməyiblər. Sadəcə olaraq Avstriya ilə oyundan sonra bildirmişəm ki, əgər milliyə lazım deyiləmsə, biletimi alın gedim Moskvaya. Oteldə belə bir söz söylədiyimi etiraf edirəm. Ancaq AFFA-nın baş katibi Elxan Məmmədov zəng edib soruşmadı ki, niyə belə bir qərar vermişəm. Yəqin yığmaya lazım olmadım ki, mənim biletimi alaraq Moskvaya yola saldılar. Bəli, bu səbəblərə görə mən millidən getmişəm.
 
 İndi söyləyirlər ki, Vaqif Cavadov Beri Foqts onu Avstriya ilə oyunda əvəzlədiyinə görə acıq edərək millini tərk edib. Ancaq bu, yanlış məlumatdır. Heç bir məşqçi deyə bilməz ki, nə vaxtsa əvəzlənməyimin səbəbini soruşmuşam.
 
- Yığmadan getmək qərarın qətidirmi?
- Xeyr, qəti qərarımı verməmişəm. Yenə demək istəyirəm ki, mən millidən imtina etdiyimi söyləməmişəm. Sadəcə demişəm ki, milliyə lazım deyiləmsə, biletimi alın qayıdım Moskvaya.
 
- Mətbuatda sənin haqqında yazılanlara münasibətin necədir?
- Mən inanmızdım ki, haqqımda bu cür məlumatlar yayıla bilər. Başa düşdüm ki, tanıdığım adamların çoxusu ikiüzlüdür. Yenə təkrar edirəm ki, bəzi adamlar üçün 3 dəfə Moskvaya gedib Azərbaycan millisinə dəfət ediblər. Mən Bakıda ola–ola isə soruşmadılar ki, Moskvaya getməyimin səbəbi nədir. 16 yaşından Azərbaycan yığmasında pis-yaxşı çıxış edən bir futbolçu kimi mənə haqsızlıq olub və mən bundan çox üzülürəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail