Rəşad Sadıqov: "Özümüz üçün oynayacağıq, başqası üçün yox"

Millimizin kapitanı Türkiyə ilə oyun barədə danışdı

10.10.2011 | 5512 dəfə oxunub

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sabah səfərdə Türkiyə ilə son matçına çıxacaq Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov qarşılaşma barədə danışıb.

Stadium.az xəbər verir ki, Sadıqov komandasının Türkiyədən xalla qayıtmasını istəyir: "Bu matçın Türkiyə üçün çox böyük əhəmiyyət daşıdığını bilirik. Ancaq biz buraya məğlub olmaq üçün gəlməmişik. Burada xal qazanmaq niyyətindəyik. İstəməzdik ki, belə həlledici oyunda Türkiyə məhz bizə qarşı oynasın, ancaq biz özümüz üçün oynayacağıq, başqası üçün yox. İstərdik ki, burada heç-heçə olsun, Almaniya da Belçikanl məğlub etsin. O zaman həm biz xal qazanardıq, həm də Türkiyə AÇ-yə gedərdi.

Artıq neçə ildir ki, evdə və səfərdə qeyri-sabit oyun sərgiləyirik. Artıq səfərdə də yaxşı oynadığımızı göstərməliyik. Bizim üçün hər xal çox vacibdir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail