Berti Foqts: "Sabah hücum etmək lazımdır"

"Azərbaycan çempionatında böyük problemlər var"

10.10.2011 | 5433 dəfə oxunub

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sabah Türkiyə ilə qarşılaşacaq milli komandamızın baş məşqçisi Berti Foqts bu gün keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Stadium.az xəbər verir ki, alman mütəxəssis bunları dilə gətirib: "Mən burada Türkiyə kimi bir komandaya qarşı oynayacağımız üçün şadam. Hesab edirəm ki, Türkiyə Azərbaycan üçün böyük nümunədir. Avstriya ilə oyunda 70 dəqiqə azlıqda oynadıq, sonda da məğlub olduq. Ancaq indi futbolçularımızın durumu yaxşıdır".

Foqts daha sonra ölkə çempionatında problemlər olduğunu bildirib: "Azərbaycan çempionatında böyük problemlər var. Biz 3-4 gündən bir oynaya bilmirik. Amma komandam futbol oynamağı bacarır. Sadəcə, oyunumuz o qədər də sürətli alınmır. Hazırda əsas hücumçumuz Rauf Əliyev komandada yoxdur ki, bu da bizim üçün itkidir.

Əgər sabah sadəcə müdafiə olunsaq, heç nə əldə etməyəcəyik. Hücum etmək lazımdır, ən azı ona görə ki, bizim itiriləsi bir şeyimiz yoxdur. Ancaq Türkiyə təzyiq altında olacaq. Onlar Bakıdakı oyunda bir neçə dəqiqə rahat oynadılar və qol buraxıb uduzdular. Türkiyənin zəif cəhəti yoxdur. Artıq heyəti müəyyənləşdirmişəm. Ancaq, təbii ki, açıqlaya bilmirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail