"Rəhbərliyin istəyini yerinə yetirməkdən ötrü bütün gücümü və ürəyimi qoyacağam"

22.12.2015 | 2484 dəfə oxunub

"Qəbələ" futbol komandasının baş məşqçisi Roman Qriqorçuk klubla müqaviləsini 2017-ci ilədək uzatmasına dair fikirlərini bölüşüb. 

Stadium.Az "Report"a istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis "Futbol 2" telekanalına açıqlamasında hazırkı rəhbərliklə çalışmaqdan məmnun olduğunu bildirib.

O, həmin insanları məyus etməmək üçün hər şeyi edəcəyini vurğulayıb: "Rəhbərliyin istəyini yerinə yetirməkdən ötrü bütün gücümü və ürəyimi qoyacağam. Məqsədimiz bir il ərzində sıçrayıb atəş açan yox, daim ən yüksək səviyyədə çıxış etməyə qadir komanda yaratmaqdır".

Bu mövsüm Roman Qriqorçuk "Qəbələ"yə tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə çıxarıb. O, İdman Araşdırmalar Mərkəzinin idman jurnalistləri arasında keçirdiyi sorğu nəticəsində 2015-ci ilin ən yaxşı baş məşqçisi seçilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail