Abdulla Azərbaycan vətəndaşlığından imtina edir

23.12.2015 | 2310 dəfə oxunub

Bakının "İnter" komandasının futbolçusu Abdulla Abatsiyev Azərbaycan vətəndaşlığından imtina qərarına gəlib.

Stadium.az report-a istinadən xəbər verir ki, bu haqda klubun baş məşqçisi Zaur Svanadze məlumat verib.

Onun sözlərinə görə, 22 yaşlı yarımmüdafiəçi yenidən Rusiya vətəndaşlığını qəbul etmək niyyətindədir. Svanadze bildirib ki, Abatsiyev qonşu ölkə çempionatında oynaya bilməkdən ötrü bu addımı atıb: "Rusiyada legionerlərin oynamasında ciddi məhdudiyyətlər var. Əsas heyətə düşməkdə çətinlik çəkməməkdən ötrü Abatsiyev vətəndaşlığını dəyişmək qərarına gəlib. Amma keçəcəyi klubun adını bilmirik".

Qeyd edək ki, Abdulla Abatsiyev Şimali Osetiyanın paytaxtı Vladiqafqazda doğulub. O, Azərbaycana 2011-ci ildə gəlib. Abatsiyev bir il "Sumqayıt"da çıxış etdikdən sonra "İnter"ə keçib. 2013-cü ildən etibarən gənc futbolçu Azərbaycanın 21 yaşadək və əsas yığmalarına cəlb olunub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail