"Xəzər Lənkəran"dan PFL-ə sərt cavab: "Pulumuzu versinlər, borclarını verək”

05.01.2016 | 6023 dəfə oxunub

PFL prezidenti Ramin Musayevin son açıqlamasından xəbəriniz var. Stadium.Az xəbər verir ki, Musayev “Xəzər TV”də qonaq olduğu proqramda bildirib ki, Premyer Liqada oynayan 10 klubdan “Qarabağ”dan başqa digər 9-na transfer qadağası qoyulub. Buna səbəb isə onların cərimələrini ödəməməsidir. Yəni klublar borclarını ödəməsələr, onlara yeni transferlər edilməsinə qadağa qoyulacaq.

Təbii ki, indiki durumda bu məsələnin ən çox təsir edəcəyi komanda “Xəzər Lənkəran”dır. Hazırda heyətində 10 futbolçu qalan “Xəzər Lənkəran” bu durumda nə edəcək? Borclarını ödəyəcəkmi? Bununla bağlı klubdan rəsmi açıqlama aldıq. Komandanın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Stadium.Az saytına açıqlamasında məsələyə belə münasibət bildirdi:

“Klubun da alacaqları var. Məsələn, teleyayım və başqa məqamlar var. Biz alacağımızı ala bilsək, PFL-də borcunu ödəyərik. Teleyayımdan gələn pulumuzu versinlər, borcların verək”.


PFL teleyayım məsələsini nəyləsə bəhanə etsə klub hansı addımı atacaq? Klub rəsmisi buna da aydınlıq gətirdi: “İlkin olaraq məsələ ondan ibarətdir ki, kluba olan ödənişlər verilsə, biz də borcumuzu verərik. Siz dediyiniz halda isə klub bir qərar verər, yəqin. Təbii ki, bizim alacaqlar verəcəyimizdən iki dəfə çoxdur”.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail