"İndiyədək gedişinə heyfsiləndiyim, "Kaş getməyəydi, qalardı" dediyim hakim var"

05.01.2016 | 4277 dəfə oxunub

Azərbaycanın ən perespektivli hakimlərindən biri olan Babək Quliyev illərdir ki, sevimli peşəsindən uzaq qalıb. Stadium.Az xəbər verir ki, Quliyev bu bir neçə ildə bəlkə yüz dəfə hakimlikdən uzaqlaşmasında PFL prezidenti Ramin Musayev və Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu günahlandırıb. Ramin Musayev isə ötən gün qatıldığı televiziya proqramında Babəkdən danışıb:

"İndiyədək gedişinə heyfsiləndiyim, "Kaş getməyəydi, qalardı" dediyim hakim var. Desəm, özü başqa cür qəbul edər. Amma çəkinmədən deyirəm: Bu, Babək Quliyevdir. Çox gözəl hakim idi. Təəssüf ki, aramızda olmadı. Mən həyatım boyu düzünü deyən hakiməm. Soruşdunuz, dedim. Bunu kim necə istəyir, elə də qəbul etsin. Babək Quliyevdən başqa digərlərinin hakimlikdən kənarlaşdırılmasına heyfsilənmirəm".

Mraq üçün bildirək ki, Babək Quliyev 2009-cu il martın 16-da hakimlikdən kənarlaşdırılıb. Rəsmi səbəb kimi Hakimlər Komitəsinin "Nizam-İntizam Kodeksi”nin 1-ci maddəsinin "h” bəndinə uyğun olaraq, Quliyevin hakim adına xələl gətirən nöqsanlara yol verməsi göstərilib. Ancaq Babək Quliyev hələ də bununla razılaşmır və şəxsi qərəzlər üzündən hakimlikdən uzaq tutulduğunu iddia edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail