Tuyqun Nadirov: "Yardımçıları Ramin Musayevə düzgün məlumat verməyiblər"

06.01.2016 | 5422 dəfə oxunub

"İlk olaraq Ramin Musayevin bayramını təbrik edirəm. Ola bilər ki, köməkçiləri onu düzgün məlumatlandırmayıblar. Çünki Peşəkar Futbol Liqası qadağa qoyan qurum deyil".

Stadium.Az xəbər verir ki, bunu "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov PFL prezidenti Ramin Musayevin borc səbəbindən klublara transfer qadağasının qoyulduğuna dair fikirlərinə münasibət bildirərkən deyib.

T.Nadirov "Xəzər Lənkəran"ın borcu olduğunu gizlətməyib. Klub rəsmisi buna baxmayaraq, PFL-in transfer qadağası qoymaq hüququna malik olmadığını söyləyib: "Xəzər Lənkəran" həmişə pulu birinci ödəyən klublardandır. Düzdür, bizim borcumuz var, amma bu da ödəniləcək. Alacaqlarımızı aldıqda borclar ödəniləcək. Baş sponsordan əlavə, sponsorlarımız da var. Onlar da müəyyən qədər dəstək olurlar. Digər tərəfdən, yayım məsələsi var. Biz bunu inkar etmirik, verəcəyimiz var. PFL-i də başa düşürük, onlar çempionatı təşkil edir, çempionatı yüksək səviyyədə keçirirlər. Ancaq yardımçıları ona düzgün məlumat verməyiblər. Çünki bu işə sırf AFFA İntizam Komitəsi baxır. Klubun legionerlərə görə üzvlük haqqı ödənişinə borcu var. Ancaq biz PFL-dən top almamışıq, xaricdən gətirmişik. Ola bilsin, top məsələsini Ramin müəllim zarafatca deyib. Biz öz topumuzla oynayırıq. Akademiyamızı isə müqaviləmiz olduğu üçün "Puma" şirkəti topla təmin edir".

Vitse-prezident komandanın qış təlim-məşq toplanışını ölkədən kənarda keçirməyəcəyini və xaricə getməyəcək klublar arasında təşkil olunacaq turnirdə iştirak edəcəyini bildirib. T.Nadirov bir müddət əvvəl komandadan ayrılan qapıçı Orxan Sadıqlının geri döndüyünü də söyləyib: "Orxan gəlib dedi ki, başqa klublardan istəyən var və getmək istəyirəm. Biz də problem yaratmadıq, müqaviləsinə qarşılıqlı şəkildə xitam verdik. Bir neçə gündən sonra baş məşqçiyə geri qayıtmaq istədiyini bildirib. "Xəzər Lənkəran"a kimlərin gəlib, kimlərin gedəcəyinə baş məşqçi qərar verir. Baş məşqçi fikrində qətidirsə, Orxan komandada qalacaq. O bizim dəyərli yetirmələrimizdən biridir". (Report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail