"Qəbələ" PFL-lə problemini həll etdi

07.01.2016 | 5563 dəfə oxunub

Bildiyiniz kimi, Peşəkar Futbol Liqasına borclu olan klublara AFFA transfer qadağası tətbiq edib. Stadium.Az xəbər verir ki, bu siyahıda ancaq “Qarabağ”ın adı yox idi. Artıq “Qəbələ” də problemini həll edib. Bu barədə klubun vitse-prezidenti Fariz Nəcəfov məlumat verib:

"Biz rəsmi mövqe bildirmişdik ki, həqiqətən də, PFL-ə borcumuz, eyni zamanda AFFA-dan alacağımız var. İkisinin bir qurum tərəfindən idarə olunmağına baxmayaraq, mühasibatları başqa-başqadı. Məsələ ilə bağlı bu gün razılaşma əldə etdik.

Elxan müəllimlə danışdım, federasiyanın bizə olan borcunun məbləği tam müəyyənləşdi. Bizim PFL-ə olan borcumuzun məbləği isə bəlli idi. Belə demək mümkünsə, barter etdik, qarşılıqlı şəkildə razılaşdıq və məsələni yoluna qoyduq. AFFA-nın və “CBC Sport” telekanalının yayım hüququna görə olan borcu birlikdə bizim PFL-ə olan borcumuzu qarşıladı. Bununla da, “Qarabağ”dan sonra AFFA-ya borclu olmayan ikinci klub biz olduq və Premyer Liqada transfer qadağası ilə üzləşə biləcək klubların sayı 8-ə endi. Yəni “Qəbələ” bununla bağlı heç bir qadağa ilə üzləşməyəcək, transferlərimizi edə biləcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail