Samir Əliyev: "Əsgər müəllimlə danışdıqdan sonra rəhbərlik mənim fikrimi soruşdu"

07.01.2016 | 6171 dəfə oxunub

"Təklif Əsgər Abdullayevdən gəldi. Yeni ildən əvvəl onunla söhbət etmişdik". 

Stadium.Az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Əsgər Abdullayevin köməkçisi vəzifəsinə təyin olunan Samir Əliyev deyib.

Bir müddət əvvəl baş məşqçisi olduğu komandada köməkçi-məşqçi kimi çalışacaq gənc mütəxəssis Ə.Abdullayevlə birgə işləmək qərarına gəldiklərini deyib: "Əsgər müəllimlə danışdıqdan sonra rəhbərlik mənim fikrimi soruşdu. Mən də "Xeyirlisi nədirsə, o da olsun" dedim. İnanıram ki, heç bir çətinlik olmayacaq. Futbolçularla da heç bir problemim yoxdur və bir-birimizi yaxşı başa düşürük. Əsgər müəllim təcrübəli mütəxəssisdir. Düşünürəm ki, ondan öyrəniləsi çox şey var. Həm işləyəcəyəm, həm də Pro kateqoriyası üçün təhsilimi davam etdirəcəyəm".

S.Əliyev "Neftçi"nin baş məşqçi postundan istefa verməsinə baxmayaraq, komandanın yanında olduğunu deyib: "Düzü, mən "Neftçi"dən getməmişdim. Baş məşqçilikdən istefa verdikdən sonra da komandanın yanında olmuşam, bacardığım qədər məşqləri izləyirdim. Səfər oyunlarına çox gedə bilmirdim, amma ev oyunlarında elə olurdu ki, komandanın paltardəyişmə otağında da olurdum".

Samir Əliyev 2015-ci il iyunun 8-dən noyabrın 14-dək "Neftçi"nin baş məşqçisi kimi çalışıb. (Report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail