Premyer Liqanın iştirakçıları üçün yeni turnir - "CBC Cup"

08.01.2016 | 5292 dəfə oxunub

Qış toplanışını ölkə daxilində keçirəcək Azərbaycan Premyer Liqasının 5 klubu Bakıda "CBC Cup" turnirində qüvvəsini sınayacaq.

Stadium.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə  AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov məlumat verib.

Onun sözlərinə görə, turnir 6 komandanın iştirakı ilə keçiriləcək. "CBC Cup"da "Neftçi", AZAL, "Xəzər Lənkəran", "Kəpəz" və "Rəvan" klubları çıxış edəcək. 6-cı komandanın kimliyinə isə tezliklə aydınlıq gələcək. Qrup oyunları "AZAL Arena" və "Bayıl Arena"da olacaq. Turnirin final görüşü isə Bakı Olimpiya Stadionunda baş tutacaq. Qalib komandaya kubok təqdim ediləcək.

F.Hüseynov bildirib ki, yanvarın 12-də və ya 13-də start götürəcək turnir yanvarın 24-də yekunlaşacaq. Bütün oyunlar "CBC Sport" vasitəsilə canlı yayımlanacaq. Hakimləri AFFA təyin edəcək. Turnirin dəqiq reqlamenti və başlama vaxtı tezliklə bilinəcək.

Qeyd edək ki, "CBC Cup" turniri AFFA, Peşəkar Futbol Liqası, AZAL klubu və "CBC Sport" telekanalının birgə təşəbbüs və təşkilatçılığı ilə həyata keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail