Messi "Qızıl Top"u 5-ci dəfə qazandı - YENİLƏNİB

11.01.2016 | 5907 dəfə oxunub

Bu gün FIFA “Qızıl Top” mükafatının sahibinin adını açıqlayacaq. Stadium.Az xəbər verir ki, ənənəvi olaraq FIFA-nın İsveçrənin Surix şəhərindəki mənzil qərərgahında təşkil ediləcək gecədə 3 namizəddən hansının “Qızıl Top”a sahib çıxacağı bəlli olacaq.

Bakı vaxtilə saat 21:30-da başlayacaq qala gecə üçün bu mükafata 3 futbolçu “Barselona”dan argentinalı Lionel Messi, braziliyalı Neymar və “Real”dan portuqaliyalı Kriştianu Ronaldo namizəddir.

İlkin olaraq seçilən 23 nəfərdən sona qalan məhz onlardır.

Messi “Qızıl Top”u 4 dəfə (2009, 2010, 2011, 2012), Ronaldo isə 3 dəfə (2008, 2013, 2014) qazanıb. Neymar isə bu ali mükafata ilk dəfədir namizəddir.

Qala gecədə ilin 11-li, ən yaxşı qolu, qadınlarda ilin ən yaxşı futbolçusu, qadın və kişi futbolunda ən yaxşı baş məşqçi, “fair play” və prezidentlik mükafatları da öz sahibini tapacaq.

Bir neçə gün öncə isə FIFA-nın rəsmi saytında texniki səhv ucbatından “Qızıl Top”un Lionel Messiyə veriləcəyi yazılmışdı və az sonra bu xəbər saytdan götürülmüşdü. Ümumiyyətlə, mütəxəssislərin çoxu Messinin “Qızıl Top”a sahib çıxacağını güman edir.

Messi ötən ildə İspaniya Çempionluğu, ölkə kuboku, Çempionlar Liqası, UEFA Super Kuboku və Qitələrarası kuboku qazanıb.

***

Səsvermənin nəticələrinə görə Messi 5-ci dəfə "Qızıl Top"a sahib olmaqla dünya futbol tarixində bir ilkə imza atıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail