"Sumqayıt" Türkiyədə 3 yoxlama oyunu keçirəcək

11.01.2016 | 4886 dəfə oxunub

Azərbaycan Premyer Liqasının daha bir iştirakçısı “Sumqayıt” da Türkiyəyə yollanacaq. Stadium.Az xəbər verir ki, Samir Abbasovun komandası yanvarın 16-dan 23-dək Antalyada təlim-məşq toplanışında olacaq.

Yanvarın 9-da AZAL-la yoxlama görüşü keçirən və 4:1 hesablı qələbə qazanan “Sumqayıt” Antalya səfəri öncəsi “təyyarəçilər”lə daha bir matç keçirəcək. Bu qarşılaşma ayın 13-nə planlaşdırılır.

Samir Abasovun komandası Antalyada bir həftəlik toplanış çərçivəsində 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunların təqvimi də artıq məlumdu. Baş məşqçi yanvarın 17-də, 19-da və 21-də oyunçularını sınaqdan keçirəcək. Lakin rəqiblərin adları hələ məlum deyil. Klubun baş meneceri Ceyhun Sultanov məhz bu məsələni dəqiqləşdirmək üçün Antalyaya gedib.

“Sumqayıt” AZAL-la oyundan əvvəl I divizion komandası “Şərurspor”la yoxlama görüşü (1:1) keçirmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail