PFL klublara yenə xəbərdarlıq etdi

12.01.2016 | 4576 dəfə oxunub

AFFA İntizam Komitəsinin qərarına baxmayaraq,  Peşəkar Futbol Liqasına (PFL) borclu olan klublar (“Qəbələ” istisna olmaqla) borcların ödənilməsi ilə bağlı hansısa addım atmayıb.

Stadium.Az xəbər verir ki, bu haqda PFL-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

İntizam Komitəsinin qərarına əsasən, PFL-ə borcu olan klublar yanvarın 29-dək borcunu ödəməlidir. Əks təqdirdə həmin klublara transfer qadağası tədbiq ediləcək, legionerlərin isə növbəti turlarda iştirakına icazə verilməyəcək.

A.Şahgəldiyev bildirib ki, hələlik heç bir klub borc məsələsinə görə onlara rəsmi muraciət etməyib: “Təkcə "Qəbələ" klubu ilə şifahi danışıqlar olub. Amma rəsmi şəkildə Premyer Liqa klublarından heç biri borcların odənilməsi ilə bağlı bizimlə danışıqlar aparmayıb".

PFL bir daha xəbərdarlıq edib ki, klublar borclarını ödəməsə, yeni transferlərin adları iştirak ərzəsinə daxil edilməyəcək.

"Klublar Peşəkar Futbol Liqasının Mühasibat Departamentinə yaxınlaşmalı və borclarını aktlaşdırılarılmalıdır. Bundan sonra ödəniləcək məbləğ müəyyən olunmalı və məsələ həll edilməlidir. Bütün borclar ödənildikdən sonra, yeni transferlərin adları iştirak ərizəsinə daxil ediləcək" - deyə A.Şahgəldiyev bildirib. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail