Tərlan Əhmədov: "Yoxlama oyunları keçiririk, ancaq belə oyunlara futbolçuları motivasiya etmək olmur"

15.01.2016 | 3487 dəfə oxunub

"Maliyyə böhranı tək Azərbaycanda yox, bütün dünyada mövcuddur. "CBC Sport Kuboku" turnirinin keçirilməsinə gəlincə, bu futbolçuların motivasiyası və onların özlərinin nəyəsə nail olması baxımından müsbət addımdır. Yoxlama oyunları keçiririk, ancaq belə oyunlara futbolçuları motivasiya etmək olmur".

Stadium.Az xəbər verir ki, bu sözləri Bakının AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov deyib.

"CBC Sport Kuboku"nun açılış oyununda "Neftçi"yə minimal hesabla məğlub olan "təyyarəçilər"in baş məşqçisi turnirin komandalara müsbət təsir edəcəyini bildirib: 

"Müstəqillik dönəmində belə bir mini-turnir olmamışdı. Fasilə vaxtı komanda haqda məlumatlar mətbuatda yazılırsa, indi canlı yayımlanır. 

"Neftçi" və AZAL Premyer Liqada oynayırsa, "Neftçala" divizionda çempionluğa oynayır, "Şərurspor" da güclü komandadır. Bu baxımdan turnir önəm kəsb edir. Nəyə görə Antalyada "Antalya Cup" keçirilir, bizdə yox? Bu illə kifayətlənmək olmaz. Gələcəkdə oyunları regionda və Bakıda keçirmək də olar. Turnirin daha bir önəmi gənc futbolçuların üzə çıxmasıdır. Çünki çempionatda yoxlaya bilmədiyimiz futbolçuları burada yoxlayırıq".

T.Əhmədov çalışdığı komandada legioner futbolçuların transferinə üstünlük verilməyəcəyini söyləyib: 

"Hacı Əhmədovu komandaya cəlb etmişik. Bundan başqa, Elton Hüseynovu, Meksika əsilli Adan Koronada komandamızdadır. Ola bilər ki, daha bir yerli hücumçu olsun. Legionerə çox üstünlük vermirəm. Problemləri siz də bilirsiniz. Büdcəyə qənaət etmək lazımdır. Əcnəbi futbolçunu gətirib uyğunlaşdırmaq vaxt aparır. Çalışıram ki, hücum xəttinə yerli futbolçu tapaq. Namizəd var, amma indi deyə bilmərəm".

Devalvasiya ilə bağlı fikirlərini dilə gətirən 45 yaşlı mütəxəssis Azərbaycan futbolunun çətin vəziyyətə düşə biləcəyini deyib: 

"Hər halda gedişat onu göstərir ki, yenə devalvasiya olsa, futbolumuz da əziyyət çəkəcək. Amma istərdik ki, olmasın. "Xəzər Lənkəran" iddialı komanda qurub, səviyyəli futbolçular, dünya futbolunun tanınmış mütəxəssislərini dəvət edib. Ancaq bu klub böhranda çətin vəziyyətə düşürsə, deməli, böhran dərinləşsə, futbolumuz da o dərinliyə düşəcək".(report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail