"Orda hər kəs öz fikrini bildirdi. Mən hesab edirəm ki, hər biri öz vicdanı qarşısında hesabat verməlidi”

15.01.2016 | 6273 dəfə oxunub

“15 il əvvəlki oyunda gedən hadisələr və matçın nəticəsi nəzərə alınıb. Və sonda rüşvət təklif edilmə şübhəsi öz təsdiqini tapmayıb”.

Stadium.Az xəbər verir ki, bunu AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun yayılmış videosu ilə bağlı məsələyə münasibət bildirən AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov deyib.

AFFA-nın Xüsusi Komissiyası 2015-ci ilin noyabrında mətbuatda yayılmış video ilə bağlı araşdırmalarını yekunlaşdırıb. Sabiq FİFA hakimləri Asim Xudiyev, Ramiz Əsədov və Xaqani Məmmədovun idarəçiliyi ilə 2001-ci ildə keçirilmiş “Osiyek (Xorvatiya) - “Dinaburq” (Latviya) matçında qonaq komandanın onlara rüşvət təklif etməsi ehtimalını özündə əks etdirən videogörüntülərin yaratdığı şübhələr əsassız çıxıb.

Komissiyanın iclasında iştirak edən Vaqif Sadıqov əməkdaşımızın “Xaqani Məmmədovun həmin oyunda “qonaqlar heç-heçəyə 15 dənə verirlər” sözlərini necə başa düşmək olar” sualını bu cür cavablandırıb: “Həmin oyunda olan hər üç hakimdən izahat alınıb, onlar dindirilib. Həmçinin, həmin vaxtkı baş məşqçinin (Roman Qriqorçuk-red.) də izahatı alınıb. Bunlara əsaslanaraq, belə bir qərar qəbul edilib. Xaqani Məmmədov izahatında bildirib ki, bu, ona qarşı qərəzdi. O, Əliyar Ağayevin Avropa Liqasının qrup mərhələsinə təyinat aldığı bir vaxtda bu videonu yaymaqda məqsədin Azərbaycan hakimliyinin nüfuzunu aşağı salmaq olduğunu söylədi. Dedi ki, bu, öz təsdiqini tapmadığına görə, deməli, belə bir hadisə baş verməyib. Orda hər kəs öz fikrini bildirdi. Mən hesab edirəm ki, hər biri öz vicdanı qarşısında hesabat verməlidi”.

Adıçəkilən video 2001-ci il iyulun 28-də UEFA Kuboku turnirində “Osiyek (Xorvatiya) - “Dinaburq” (Latviya) komandaları arasında keçirilmiş cavab oyununda lentə alınıb. Görüntülərdə eşidilən dialoqlarla bağlı KİV-də olan iddialara əsasən, matçın yan xətt hakimi Ramiz Əsədov və ehtiyat hakim Xaqani Məmmədov 72-ci dəqiqədə baş hakim Asim Xudiyevə səslənərək, “qonaqlar heç-heçəyə 15 dənə verirlər” deyərək, Latviya klubunun rüşvət təklif etdiyi ilə bağlı xəbər çatdırmağa çalışıblar. (apasport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail