AFFA Xaqani Məmmədovun oyun alveriylə bağlı videosu barədə yekun qərarını verdi VİDEO

15.01.2016 | 3536 dəfə oxunub

AFFA-nın Xüsusi Komissiyası 2015-ci ilin noyabrında Kütləvi İnformasiya Vasitələrində yayılmış video  ilə bağlı araşdırmalarını yekunlaşdırıb.

Stadium.Az xəbər verir ki, sabiq FİFA hakimləri Asim Xudiyev, Ramiz Əsədov və Xaqani Məmmədovun iştirakı ilə keçirilmiş beynəlxalq oyun zamanı komandalardan birinin hakimlərə rüşvət təklif etməsi ehtimalını özündə əks etdirən videogörüntülərin yaratdığı şübhələr öz təsdiqini tapmayıb.

Həmin video 2001-ci il iyulun 28-də UEFA Kuboku turnirində “Osiyek (Xorvatiya) - “Dinaburq” (Latviya) komandaları arasında keçirilmiş cavab oyununda lentə alınıb. Görüntülərdə eşidilən dialoqlarla bağlı KİV-də olan iddialara əsasən, matçın yan xətt hakimi Ramiz Əsədov və ehtiyat hakim Xaqani Məmmədov oyunun 72-ci dəqiqəsində baş hakim Asim Xudiyevə Latviya klubunun nümayəndələrinin qələbə müqabilində rüşvət təklif etdikləri ilə bağlı xəbər çatdırmağa çalışıblar.

Qeyd olunmuş videogörüntülər ictimailəşən kimi AFFA məsələnin araşdırılması üçün xüsusi komissiya yaratmışdı. Komissiya bu məsələni araşdırmış, oyunun gedişatını, hakimlərin qərarlarını geniş təhlil etmiş, hadisənin canlı şahidlərinin fikirləri öyrənmiş və iddia olunan rüşvət faktının öz təsdiqini tapmamağı ilə bağlı qərar qəbul edib.

Komissiyada AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, AFFA-nın hüquqşünası Rəmiş Malıyev, AFFA-nın təhlükəsizlik xidmətinin rəisi Ağamehdi Mehdiyev, PFL-in baş direktoru Məlik Həsənov və PFL-in Təhlükəsizlik Şöbəsinin rəisi Vaqif Sadıqov yer alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail