"Qəbələ" hansı mililərə qarşı oynayacaq?

19.01.2016 | 2569 dəfə oxunub

“Qəbələ”nin əsas komandası kimi, əvəzedici heyəti də məşqlərə başlayıb. 

Stadium.Az xəbər verir ki, qış fasiləsinə zirvədə yollanan komanda 16 günlük istirahətdən sonra yanvarın 6-da bir araya gəliblər. 

Əvəzedici komandanın baş məşqçisi Ramin Quliyevin hazırlıq prosesinin iki mərhələdən ibarət olacağını bildirib: "Dövrələrarası fasilədə ilk təlim-məşq toplanışını Qəbələdə keçiririk. Əsasən fiziki hazırlığın yüksəldilməsinə hesablanan bu toplanış yanvarın 15-də başa çatıb".

Yanvarın 16-da səhər saatlarında Türkiyənin Antalya şəhərinə yollanan əvəzedici komanda qardaş ölkəyə 20 futbolçu aparıb. Komandanın 3 üzvü – Bəhlul Mustafazadə, Roman Hüseynov və Yusif Nəbiyev isə daha öncədən Antalyadadır. Adıçəkilən oyunçular yanvarın 10-da əsas komandanın tərkibində Türkiyəyə təlim-məşq toplanışına yollanıb.
 
Əvəzedicilər də əsas komanda kimi, Antalyada 3 yoxlama matçında qüvvələrini sınayacaq. Quliyevin yetirmələri yanvarın 19-da Almaniyanın tarixi klublarından olan “Ayntraxt”ın 19 yaşlılardan təşkil edilmiş komandası ilə üz-üzə gələcəklər. Bundan 4 gün sonra Danimarkanın U-19 millisi komandamızla qarşılaşacaq. Nəhayət, yanvarın 25-də “qırmızı-qaralar” Yaponiyanın böyük yaş qrupundan ibarət yığması ilə görüşəcək. Təlim-məşq toplanışı yanvarın 26-da yekunlaşacaq. Əvəzedicilər 2016-cı ildə ilk rəsmi oyununu yanvarın 29-da Azərbaycan çempionatının XIX turu çərçivəsində “Kəpəz”ə qarşı keçirəcək.(Qəbələ İK)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail