Roman Qriqorçuk: "Rəşadın Odessada yaşaması..."

19.01.2016 | 2547 dəfə oxunub

"Mövsümün ikinci yarısına hazırlığı yaxşı şəraitdə davam etdiririk. Bu, nəzərdə tutduğumuz bütün işləri həyata keçirməyə imkan verir. Hesab edirəm ki, hazırlıga qiymət vermək hələ tezdir. Məşqlərə yeni başlamısıq və hər şey qaydasında gedir”.

Stadium.Az xəbər verir ki, bu fikirləri “Qəbələ İK"ya açıqlamasında əsas komandanın baş məşqçisi Roman Qriqorçuk deyib. Yanvarın 10-da Türkiyənin Antalya bölgəsində başlayan təlim-məşq toplanışı haqda düşüncələrini bildirən ukraynalı mütəxəssis futbolçuların çalışqanlığından razılıq edib.
Qriqorçukun sözlərinə görə, istirahətdən qayıdan oyunçularda artıq çəki cəhətdən problem olmayıb: “Ümumiyyətlə, futbolçuların fiziki durumlarında problem, “boşalma” görmürəm. Görünür, istirahət vaxtı müəyyən qaydalara əməl ediblər, hamısı düşərgəyə yaxşı psixoloji vəziyyətdə gəlib. Məşqlərdə işlərini məmnuniyyətlə görürlər. Əlbəttə, hazırlığın ilk günlərində fiziki çalışmalara xüsusi diqqət yetiririk. Ümumilikdə isə hazırlığı müxtəlif mərhələlərə ayırmırıq. Çünki işə yanaşmamız kompleks olduğundan hər şeyi əhatə edir”.
Ukraynalı çalışdırıcı hazırlıqda olan yeni futbolçu Rəşad Eyyubovla bağlı da fikirlərini bildirib. O, gənc yarımmüdafiəçinin vaxtilə baş məşqçi kimi çalışdığı “Çernomorets”in yetirməsi olmasının ona dəvətdə heç bir rol oynamadığını söyləyib: “Çünki Rəşadın Odessada yaşaması, futbola orada başlaması barədə məlumatım yox idi. Bundan yarım il öncə xəbər tutdum. Etiraf edirəm ki, Eyyubovu hələ ötən yay komandamıza cəlb etmək istəyirdim. Sadəcə, həmin vaxt keçid baş tutmadı. Fikrimcə, Eyyubov maraqlı futbolçudur. O, oyun üslubumuza dəqiq uyğun gəlir”.
Heyətin gücləndirilməsinin zəruri olduğunu vurğulayan Qriqorçukun sözlərinə görə, qış fasiləsində yeni transferlər nəzərdə tutulub: “Bu, birmənalı olaraq qarşımızda duran məsələdir. Komandanı gücləndirməyin lazım olduğunu başa düşürük. Ancaq digər tərəfdən, tələsik addım atmaq da istəmirik. Çünki həm “Qəbələ”nin, həm də Azərbaycan Premyer Liqasının səviyyəsi yetərincə yüksəkdir. Ona görə gələn yeni futbolçu bu səviyyəyə, qarşımızda duran vəzifələri yerinə yetirməyə uyğun olmalıdır. İnanın ki, dediyim tələblərə cavab verən futbolçunu tapmaq heç də asan deyil. Bu üzdən transfer işləriylə bağlı çox çalışırıq. Ümid edirəm ki, seleksiya istiqamətində müəyyən addımlar atıb, heyəti real olaraq gücləndirəcək futbolçu
tapa biləcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail