"Kəpəz"in futbolçusu: "“Çox həvəslə məşqlərə başlamışdıq..."

21.01.2016 | 2334 dəfə oxunub

“Kəpəz” Topaz Premyer Liqasında mövsümün ikinci hissəsinə hazırlığı davam etdirir. 

Stadium.Az xəbər verir ki, məşqçilər korpusu və futbolçular çempionata yaxşı hazırlaşmaq üçün səylə çalışır. Şahin Diniyev də yetirmələrinin təlim-məşq toplanışına münasibətindən razıdır.

Kapazpfc.az saytına açıqlamalar verən “Kəpəz”in üzvü Azad Kərimov baş məşqçinin etimadını doğrultmaq üçün məşqlərdə canla-başla hazırlaşdıqlarını bildirib: “Çox həvəslə məşqlərə başlamışdıq və eyni əhval-ruhiyyədə işimizi davam etdiririk. İnanıram ki, Şahin müəllim Yevlaxda keçirdiyimiz ilk təlim-təlim toplanışında oyunçulardan razı qaldı. Bizə yaradılan şərait yaxşı idi. Ona görə də bütün gücümüzü məşqə qoymuşduq”.

Fiziki hazırlığı başa vuran “sarı-göylər” artıq Bakıda taktiki-texniki məşqlərə start veriblər. Paytaxtda olduğu müddətdə komanda iki yoxlama oyunu keçirəcək. “Kəpəz” əvvəlcə “Neftçi”, daha sonra “Ağsu” ilə görüşəcək: “Qarşıdakı iki sınaq matçı ilə mövsümün qalan hissəsinə hazırlığı başa vuracağıq. Yoxlama oyunları komandanın durumunu görmək üçün bizə lazımdır. Rəqiblər arasında fərq qoymaq və ya kiməsə yuxarından aşağı baxmaq olmaz. Biri elita, digər birinci divizion təmsilçisidir. Çempionat matçı kimi meydana çıxıb mübarizə aparacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail