"Foqtsun məni əvəzləməsində heç bir problem görmürəm"

13.10.2011 | 6358 dəfə oxunub

Futbol üzrə yığma komandamızın yarımmüdafiəçisi Əfran İsmayılovun AÇ-2012-nin seçmə mərhələsindəki sonuncu oyunumuzdan – Türkiyə ilə qarşılaşmadan (0:1) sonra müsahibəsi:
 
- İstanbuldakı məğlubiyyətlə bağlı nə deyərdiz?
- Türkiyəyə bizimlə oyunda qələbə çox lazım olsa da, biz İstanbula onlara xal hədiyyə etməyə getməmişdik. Biz özümüz də bir xal qazanmaq istəyirdik. Daha dəqiqi heç-heçə etmək istəyirdik ki, Almaniya da Belçikanı yenəcəyi halda, türklər də AÇ-də pley-offa vəsiqə qazana bilsinlər. Amma təəssüf ki, biz öz istəyimizə nail ola bilmədik. Hər halda nə oldusa, keçmişdə qaldı. Türkiyə millisinə pley-off mərhələsində və Avropa çempionatında uğurlar arzulayıram.
 
- Bu oyunda komandamız çox dişsiz görünürdü. Sizcə, bu, nə ilə bağlıydı?
- Heç nə alınmırdı. Çünki taktikamızı müdafiəyəmeylli seçmişdik. Meydanda hücumameylli cəmi 3 futbolçu var idi. Buna görə də, həm Vüqar Nadirovda, həm Branimir Subaşiçdə, həm də məndə heç nə alınmadı. Təbii ki, arxa xəttin dəstəyi olmadan bizə ön xəttdə çox çətin idi.
 
- Subaşiçlə aranızda anlaşma da yüksək səviyyədə deyildi...
- Əgər Qazaxıstanla sentyabrdakı oyunda bir neçə dəqiqə birgə oynamağımızı nəzərə almasaq, Subaşiçlə heç vaxt bir komandada çıxış etməmişəm. Buna görə də aramızda anlaşmanın olmaması təəccüblü deyildi. Bizim təsadüfi hücumlarımız zamanı da Subaşiçdən başqa heç kim olmurdu ki, normal ötürmə edəsən. Özü də rəqibin 2-3 futbolçusunun arasında.
 
- Çoxları deyir ki, Əfran yığmada və klubda heç də eyni səviyyədə çıxış etmir...
- Özünüz də bilirsiz ki, yığmada biz daha çox müdafiədən oynayırıq. Rəqiblərimizin kimliyini nəzərə alsaq, bu, başadüşüləndi. Belədə, hücumlara da təsadüfi hallarda qoşuluruq. Buna görə də mənə qarşıda heç də həmişə komfort yaranmır. Özü də tək mənə yox, ümumiyyətlə hücum planlı oyunçularımızın hamısına. “Qarabağ”da orta sahədə oynayan Rəşad Sadiqovdan hücuma çox dəstək olur. Amma yığmada daha çox Aleksandr Çertoqanov həmin mövqedə oynayır ki, o da əsasən müdafiə yönümlü futbolçudu.
 
- Türkiyə ilə oyundan sonra Elnur Allahverdiyev yığmada ehtiyatda qalmasına etirazını dilə gətirdi. Siz isə ilk yarıdan sonra Elşən Məmmədovla əvəzləndiniz. Siz də baş məşqçinin bu qərarından narazısız?
- Bu, mənim üçün elə də vacib deyil. Baş məşqçi oyunu necə görürsə, elə də edir. Əgər o, hesab edirsə ki, meydanda kimisə əvəzləmək lazımdı, deməli, lazımdı. O, bizim baş məşqçimizdi və biz də onun tapşırıqlarını həyata keçirməyə borcluyuq. Şəxsən mən belə şeylərin əleyhinəyəm ki, baş məşqçi niyə məni meydana buraxmadı, niyə əvəzlədi. Mən Foqts tərəfindən əvəzlənməyimdə heç bir problem görmürəm. Görünür belə də lazım idi.
 
- Bu həftə çempionatın oyunları başlayır. Artıq “Qarabağ”ın hazırlıqlarına qoşulmusuz?
- Bu gündən hazırlıqlara başlamışıq. Növbəti oyuna hazırlaşırıq. “Rəvan”la oynayacağıq ki, bu komanda da yaxşı futbol sərgiləyir. Debütant olsalar da, əla təsir bağışlayırlar. Bu komanda “Xəzər Lənkəran”dan xal alıb, “Qəbələ”ni səfərdə yenib. Deməli, adi komanda deyil.

Azerisport.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail