Gələcəklərini məhv edən "5 manat aşiqləri"

23.01.2016 | 2767 dəfə oxunub

Bir araMalaqa"ya keçidi ilə tanınan U-19 millimizin futbolçusu Qara Qarayev vətənə dönməsi ilə yenidən gündəmə düşdü. Təbii ki, gedişindən fərqli olaraq, dönüşü mənfi gündəm yaratdı. Səbəb isə futbolçunun İspaniyada səbir edib daha yaxşı karyera qurmağı yox, evin içində “3-5 manat" nağd pulu seçməsi idi. Hər halda AFFA tərəfindən verilən rəsmi açıqlamaya inansaq, futbolçu ona yaradılan bütün şəraitə çəkilən zəhmətə baxmayaraq, Piriney yarımadasında qalmaqdan imtina edib Bakıda qalıb ailəsinin yanında futbol oynamaq istədiyini bildirib. Ardınca daİnter" anlaşıb. Əslində, bu problem tək Qaranın  deyil, Azərbaycan futbolunun problemidir. Neçə illərdi mətbuat bu haqda yazır, danışır, amma təəssüf ki, Azərbaycan futbolçusunun təfəkkürü dəyişmir.

Bizdə xaricdə oynayacaq səviyyədə futbolçu yetişmir desək, yalan olar. Çünki Azərbaycan futboluna böyük pullar yatırılan dönəmə qədər ölkə xaricində xeyli futbolçumuz çıxış edib - Nazim Süleymanov, Vəli Qasımov, Şahin Diniyev, Dmitri Kramarenko, Qurban Qurbanov, Rasim Abışov, Kamal Quliyev, Samir Əliyev, Mahmud Qurbanov, Fərrux İsmayılov digər futbolçular xarici çempionatlarda rahatlıqla oynayıblar. Hələ biz İranda legioner həyatı yaşayanları demirik. Halbuki yeni nəsil heç adları çəkilən ölkələrin I Divizion klublarına da transfer olunmurlar. Təbii ki, burada klublarımızın futbolçulara layiq olmadıqları ətək-ətək verdiyi pulların da təsiri olub. Evin içində 400-500 minlik fantastik transfer təklifi alan heç bir yerli futbolçu perspektivi, daha güclü karyeranı düşünüb özünə əziyyət verib ölkədən kənara çıxmaz. Elə futbolumuza futbolçularımıza da məhz bu amil zərbə vurur. Xüsuilə, ölkə futboluna milyonların axdığı son 10 ildə bunun acısını daha çox çəkdik. Düzdür, müəyyən dövrlərdə Rəşad Sadıqov, Mahir Şükürov qismən Ruslan Abışov ölkə xaricində qısa müddətli olsa, karyera qura bildilər. Qalanlar haqqında isə bunu demək olmaz. 6-7 il əvvəl Rauf Əliyev, Əfran İsmayılov, Elvin Məmmədov, Cavid Hüseynov, Rahid Əmirquliyev, Vaqif Cavadov, Araz Abdullayev digər futbolçular yığmanın gələcəyi sayılırdılar. Hər kəs gözləyirdi ki, onlar qısa zamanda ölkə xaricinə can ataraq daha böyük karyera quracaqlar səviyyələrini artıracaqlar. Bunun nəticəsində yığma komandanın da səviyyəsi qalxacaq. Lakin təəssüf ki, bunların heç biri baş vermədi. Çoxları perspektivi pula dəyişməyə razılaşdı. Həmin futbolçuların bir neçəsinin siyahısını təqdim edirik:

 

Araz Abdullayev

2008-ci ildə Berti Foqts ona ilk dəfə 16 yaşında yığma şans verəndə hamı tezliklə bu qarayanız, arıq, solaxay oğlanın Azərbaycanın Avropada layiqli təmsilçisi olacağını düşünürdü. Çünki Arazın həqiqətən əla driblinqləri, yüksək texnikası, sürəti yaxşı futbolçu olmaq üçün digər xüsusiyyətləri var idi. 2011-ci ildəEverton"a transferi ona olan ümidləri daha da artırdı. Təəssüf ki, heç hər şey ictimaiyyət gözlədiyi kimi olmadı. “Everton"da özünü göstərə bilməyən Abdullayev daha sonra YunanıstanınPanionis" klubuna icarəyə verildi. Lakin orada da möhkəmlənə bilməyən yarımmüdafiəçi yenidənNeftçi" qayıtdı. İngiltərə Yunanıstanda futbolçu kimi inkişaf etmək şansını qaçırdan Araz əvəzində özündənrazılığı, jurnalist azarkeşlərə hörmətsizliyi, törətdiyi avtoqəza ilə özü haqda mənfi imic formalaşdırdı. Hazırda Arazın 16 yox, 25 yaşı var. Avropada oynamaq şansını əldən verən futbolçu çempionatın ortabab klublarından olanNeftçi" çıxışını davam etdirir.

 

Əfran İsmayılov

2009-cu ildəQarabağ"da Rauf Əliyevlə birlikdə bomba kimi partlayan qısa zamanda ölkənin ən güclü istedadlı futbolçusuna çevirilən Əfran xüsusilə Avropa Liqasındakı oyunu ilə adından söz etdirdi. Çoxları onun da qısa zamanda ölkə xaricinə yollanacağını daha da irəli gedəcəyini gözləyirdi. Özü Türkiyədən Əfrana çox yaxşı təkliflər gəlmişdi. Lakin ölkə futbolunda milyonların cövlan elədiyi bir vaxtda İsmayılov da çətinlikdən qaçaraq evin içində qazanmağı üstün tutdu. Xüsusilə Bakı"ya keçidi onun karyerasında ən böyük səhvi oldu. Bu kluba heç cürə uyğunlaşa bilməyərək olan oyununu da itirdi. Düzdür, sonradan tədricən formasını bərpa etməyə başladı ki, yenidən ölkə xaricinə getmək şansı əldə etdi. Lakin bu dəfə növbəti səhvini edərək yenə pulluİnter"i seçdi. Hazırda 28 yaşına qədəm qoyan Əfran parlamağa başladığıQarabağ"da forma geyinir. 2 ildən sonra 30-u haqlayacağını nəzərə alsaq, onu da itirdiyimizi deyə bilərik.

 

İlqar Qurbanov

İlqar Qurbanov haqqında xüsusi danışmaq lazımdır. Çünki digər futbolçularımız Azərbaycanda oynaya-oynaya xaricə getmək şansını əldən buraxıblarsa, İlqar xaricdə oynaya-oynaya karyerasını pula qurban verərək öz ayağı ilə vətənə qayıdıb. Gənc yaşlarında Türkiyədə öz oyunu ilə tanınan, həttaFənərbağça"nın əvəzedici komandasının kapitan sarğısını daşıyan İlqarın qısa zamanda əsas komandada da özünü sübut edəcəyinə ümid edirdik. Hər halda istedadı, böyük potensialı olmasaydı, onu Türkiyənin U-15, U-16 U-17 millilərinə çağırmazdılar. Lakin 2004- ildə Qurbanov gözlənilmədənFənərbağça" tərk edərək Azərbaycana qayıtdı Xəzər Lənkəran"la müqavilə bağladı. Halbuki, “Fənərbağça"nın əsas komandasına düşmək çətin olsa da, Superliqanın istənilən ortabab klubunda rahatlıqla oynaya bilərdi. Lakin İlqar pulu seçdi. Çünki 2004- ildə Azərbaycan futbolunda inqilab baş verdi futbola milyonların axını başladı ki, bu mənada daXəzər Lənkəran" ön planda idi. Məhz bu seçimi ilə İlqar karyerasına zərbə vurdu. Düzdür, futbolçu 2007-ci ildə yenidən Türkiyəyə qayıtdı Sivasspor"la müqavilə bağladı. Ancaq bu İlqar o İlqar ola bilmədi. 1 il sonra I Liqa klubuBoluspor"a yollanan Qurbanov 2009-cu ildə yenidən vətənə qayıdaraqOlimpik-Şüvəlan"la müqavilə bağladı. 2011-ci ildənQarabağ"da olan 30 yaşlı futbolçu daha çox ehtiyatda oturmaqla yadda qalır.

 

Vaqif Cavadov

İlqar Qurbanovun dayısı oğlu Vaqif qohumunun yolu ilə getdi. Moskvada MOİK məktəbi keçən Cavadov bu komandanın əvəzedici komandasına qədər irəliləyə bildi. Qalırdı bir qədər artırıb əsas komandaya düşmək. Hətta bu olmasaydı belə, Rusiyanın digər ortabab klublarına keçmək mümkün idi. MOİK məktəbi onun üçün prestij sayıla bilərdi. Ancaq İlqarın yolu ilə gedən Vaqif karyeranı, əziyyəti yox, asan yolu, yəni, pulu seçib 2007-ci ildə Bakıya gəldi Qarabağ"la müqavilə bağladı. Hələ o vaxt bu addımına görə mətbuatda sərt tənqid olunsa da, özü bu tənqidlərlə razılaşmayaraqQarabağ"a keçidini karyerasında irəli atılmış addım hesab etdi. Düzdür, VaqifQarabağ"da yığmada aparıcı futbolçulardan birinə çevrildi. Lakin Avropaya çıxa bilmədi. Baxmayaraq ki, 2010-cu ildə onun üçün imkan yaranmışdı. “Qarabağ" rəhbərliyinin dəstəyi ilə Hollandiyaya yollanan VaqifTvente" ilə müqavilə bağladı. Ancaq Hollandiyada heç cür özünü göstərə bilmədi. Daha artıq əziyyətə qatlaşmayaraq geri qayıtdı pulluBakı" ilə müqavilə bağladı. Sonradan ardıcıllıqla Qarabağ", “İnter" Qəbələ" oynayan sabiq MOİK-li hazırda o günə qalıb ki, ayı 3-4 min manata autsayderSumqayıt"da oynamağa razılaşıb.

 

Mirkamil Həşimli

İlqar Vaqifin müasir davamçısı. Mirkamil İlqar kimiFənərbağça"da parladı, artırdı bütün klubun sevimlisi oldu. Hətta oyunların birində zədələnəndə klubun prezident Aziz Yıldırım tribunadan meydanya enib Mirkamilin zədəsi ilə maraqlanmışdı. Onu bir ara əsas komandanın da məşqlərinə dəvət etmişdilər. Ancaq təəssüf ki, Həşimli digər həmyerliləri kimi iradəsiz çıxdı. “Fənərbağça"nın əsas heyətinə düşməyin çətin olduğunu görən Mirkamil Türkiyədə özünə başqa klub axtarmaqdansa, Azərbayacana qayıtmağa üstünlük verdi. Bununla o da karyerasını təhlükə altına atdı. “Neftçi" oynamaq şansı qazanmayan futbolçuZirə" keçəndən sonra onu meydanda gördüm deyən olmayıb.

 

Samir Məsimov

MoskvaLokomotiv"nin yetirməsi daha əvvəl haqqında danışdığımız həmyerlilərindən  “örnək götürüb”. Rusiyada qarşısında daha geniş perspektiv olmasına baxmayaraqNeftçi"dən gələn daha rahat təklifi seçdi. Bununla da günü-gündən oyununu itirdi hazırdaNeftçi" heç daimi oynamaq şansı qazanmır.

 

Vurğun Hüseynov

Tovuz futbol məktəbinin yetirməsiTuran"da öz oyunu ilə diqqət çəkdi. Hətta deyilənə görə, o vaxtlar onunlaQalatasaray"ın gənclər komandası da maraqanırdı. Qısa müddət sonraQəbələ" keçən Vurğun yığmaya mütəmaddi dəvət alırdı. Bir ara adı Türkiyə klubları ilə hallansa da, digərləri kimi kənara çıxmaqda maraqlı olmadı. İndi isə 28 yaşı var   autsayder Sumqayıt"da gününü keçirir.

 

Rahid Əmirquliyev

Bir ara mətbuatda 2007-c il Ç

empionlar Liqasının ilkin təsnifat mərhələsininXəzər Lənkəran" - “Dinamo" (Zaqreb) qarşılaşmasında Rahidlə Luka Modriçin ikili mübarizəsini əks etdirən foto paylaşmışdı. Şəklin məğzi bu idi ki, aradan bu qədər illər keçib, Modriç hazırdaReal"ın şərəfini qoruyur, Rahid isə hələ Xəzər Lənkəran"dan qırağa çıxmayıb. Nəhayət, 2016- ildə çıxdı. Amma təəssüf ki, həmin kənar heç Avropa klubu yox, yerliQarabağ" oldu. Deyilənə görə, Rahidi XorvatiyanınRiyeka" klubu istəyirdi. Lakin Xorvatiya kimi futbol ölkəsinə gedib daha da artırmaq, daha da irəli getmək şansından istifadə etmək əvəzinə, evdə qalıb 5 manat artıq qazanmağı seçən Əmirquliyev yəqin ki, bununla da Avropaya getmək şansını böyük ölçüdə itirdi.

 

Qara Qarayev - 1

Qarabağ"ın Qara Qarayevi bu yaxınlardaMersin İdman Yurdun"dan təklif alsa da, özünün dediyi kimi, ailəsini qoyub getmək istəmədi. Bununla da Türkiyədə legioner həyatı yaşamaq şansını əldən vermiş oldu.

 

Qara Qarayev - 2

Qaranın kiçik adaşı da böyük həmkarlarının yolu ilə getdi. “Malaqa"da qalıb az məvacibə oynayıb 18 yaşının tamam olmasını gözləməli, mart ayında isə peşəkar müqavilə bağlamalı idi. Lakin bundan imtina edən Qara Bakıya qayıdıbİnter"in təklif etdiyi aylıq 3-4 minlik müqaviləyə razılaşdı. İspaniya kimi futbol ölkəsindən imtina edibİnter"i seçən futbolçunun qədər irəli gedəcəyini isə zaman göstərəcək.

 

Cavid İmamverdiyev

Bir arada KiyevDinamo"sunun heyətində oldu, əvəzedici komandada hazırlıq keçdi. Lakin orda qalıb möhkəmlənməyi bacarmayınca, yenidənNeftçi" qayıtdı.

 

Amit Quluzadə

Amit bir ara Türkiyədən vurdu, Portuqaliyadan çıxdı. Amma bu ölkələrin heç birində özünə cığır aça bilmədi hazırda Vaqif Vurğunla birlikdə autsayderSumqayıt"da forma geyinir.

Orxan Əliyev

Bir ara çox reklam edildi. Kamran QuliyevinSumqayıt"ın körpəsi" adlandırdığı futbolçu Portuqaliyanın məşhurPortu" klubunun düşərgəsində oldu, əvəzedici komandada məşq elədi. Ancaq şansdan istifadə edib özünü göstərə bilmədi geri qayıdı. Son 1 ildə isəSumqayıt"laXəzər Lənkəran" arasındayol ölçür”.

Het-trik news” qəzeti

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

28.11.2022

27.11.2022

22:00  Xorvatiya - Kanada - 4:1 VİDEO

01:03  Argentina - Meksika - 2:0 VİDEO

26.11.2022

22:10  Fransa - Danimarka - 2:1 VİDEO

16:12  Tunis - Avstraliya - 0:1 VİDEO

25.11.2022

22:07  Niderland - Ekvador - 1:1 VİDEO

19:10  Qətər - Seneqal - 1:3 VİDEO

16:09  Uels - İran - 0:2 VİDEO

02:54  Braziliya - Serbiya - 2:0 VİDEO

24.11.2022

01:04  Almaniya - Yaponiya - 1:2 VİDEO

00:58  Belçika - Kanada - 1:0 VİDEO

23.11.2022

30.04.2022

03:14  "Zirə"nin tarixi oyunu VİDEO

29.04.2022

28.04.2022

11:41  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

27.04.2022

11:24  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.04.2022

20.04.2022

04:38  "İnter" - "Milan" - 3:0 VİDEO

19.04.2022

18.04.2022

03:39  PSJ - "Marsel" - 2:1 VİDEO

03:32  "Sevilya" - "Real" - 2:3 VİDEO

17.04.2022

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail