Cavid Hüseynov: "Elşən mənə dedi ki, Rasim anama söyüb, bu şəxsi məsələdi"

26.01.2016 | 5376 dəfə oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Stadium.Az xəbər verir ki, prosesdə şahid qismində Cavid Hüseynov ifadə verib.

Cavid Hüseynov bildirib ki, Elşən İsmayılov onun bibisi oğludu, digər təqsirləndirilən  şəxsləri isə tanımır: "Rasim Əliyevin barəmdə yazdıqlarını Elşən mənə mesajla göndərdi. Mənsə ona dedim ki, fikir vermə. Gördüm ki, Elşən çox əsəbidi, mən Rasimin telefon  nömrəsini alıb onunla danışdım. Sonra Elşənə dedim ki, məsələ bitib, boş ver. Lakin Elşən mənə dedi ki, Rasim anama söyüb, bu şəxsi məsələdi. Mənim onların arasında baş verən hadisədən xəbərim olmayıb. Sonra bildim ki, Rasimi xəstəxanaya yerləşdiriblər, yanına getdim. Bir gün sonra isə vəfat etdiyini eşitdim. Onda isə Elşənə dedim ki, get polisə və hər şeyi olduğu kimi danış. Mən Rasimin öləcəyini gözləmirdim. Ağlıma gəlsəydi ki, belə bir hadisə baş verə bilər, onda Rasimi başqa xəstəxanaya aparardım”.

Daha sonra prosesdə digər şahidlər ifadə verib.

Proses fevralın 2-də davam etdiriləcək.

Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.

C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.

Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb. (APA)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

28.11.2022

27.11.2022

22:00  Xorvatiya - Kanada - 4:1 VİDEO

01:03  Argentina - Meksika - 2:0 VİDEO

26.11.2022

22:10  Fransa - Danimarka - 2:1 VİDEO

16:12  Tunis - Avstraliya - 0:1 VİDEO

25.11.2022

22:07  Niderland - Ekvador - 1:1 VİDEO

19:10  Qətər - Seneqal - 1:3 VİDEO

16:09  Uels - İran - 0:2 VİDEO

02:54  Braziliya - Serbiya - 2:0 VİDEO

24.11.2022

01:04  Almaniya - Yaponiya - 1:2 VİDEO

00:58  Belçika - Kanada - 1:0 VİDEO

23.11.2022

30.04.2022

03:14  "Zirə"nin tarixi oyunu VİDEO

29.04.2022

28.04.2022

11:41  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

27.04.2022

11:24  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

22.04.2022

20.04.2022

04:38  "İnter" - "Milan" - 3:0 VİDEO

19.04.2022

18.04.2022

03:39  PSJ - "Marsel" - 2:1 VİDEO

03:32  "Sevilya" - "Real" - 2:3 VİDEO

17.04.2022

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail