Kərim Diniyev: "Nə bacarırıqsa, meydanda göstərməliyik”

28.01.2016 | 2845 dəfə oxunub

Həftəsonu Azərbaycan Premyer Liqasında mövsümün ikinci hissəsinə start veriləcək. Tur çərçivəsində “Kəpəz” Gəncədə “Qəbələ”ni qəbul edəcək. “Sarı-göylər” qarşıdakı ev oyununda uğurlu nəticəyə köklənib.

Stadium.Az xəbər verir ki, Kərim Diniyev klubun rəsmi saytına açıqlamasında bunu bir daha təsdiqləyib: “Bütün fikrimiz üç xala yönəlib. Bunun üçün meydanda gücümüzü qoyacağıq. Yaxşı toplanış keçmişik, çempionatla əziyyət çəkib hazırlaşmışıq. İlk oyunda əməyimizin bəhrəsini görmək istəyirik. Nə bacarırıqsa, meydanda göstərməliyik”.

Adətən çempionatın start və qış fasiləsindən sonrakı ilk görüşləri ağır keçir. Komandalar istənilən oyunu göstərməkdə, uğur qazanmaqda çətinlik çəkirlər. Amma Diniyev fərqli düşünür: “Psixoloji cəhətdən heç bir problem olmamalıdı. Çünki baş məşqçimiz biz futbolçuları oyuna yaxşı kökləyib. Qalan amillər özünü oyunda göstərəcək. Düşünmürəm ki, bizim üçün çətin olsun. Həqiqətən də motivasiyamız yüksəkdir”.

“Kəpəz”in cari çempionatda “Qəbələ” ilə ilk iki dövrədəki oyunları səfərdə keçirilib. Birinci görüşdə meydan sahiblərinə uduzan (0:1) Gəncə klubu ikinci dövrədə qələbə (2:1) qazanıb: “Biz uğurlu nəticə qazanmalıyıq, başqa şey haqda düşünmürük. Gəncədə evdə oynayırıq. Üç xalı heç kimə hədiyyə etmək fikrimiz yoxdur. Başa düşürük ki, rəqib Azərbaycanın ən güclü komandalarından biridir. Onlara qarşı layiqli mübarizə aparacağıq. İnanıram ki, üç xal bizim olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail