Ermin Zets: "Hər 3 yoxlama matçında çox yaxşı oynadıq"

30.01.2016 | 2537 dəfə oxunub

“Mövsümün ikinci yarısına çox yaxsı hazırlaşmışıq. Antalyadakı təlim-məşq toplanışından səmərəli yararlandıq. İnanıram ki, bunun bəhrəsini çempionatda görəcəyik”.

Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçudu Ermin Zets "Qəbələ İK" qəzetinə müsahibəsində  deyib.

Cari mövsümdən “qırmızı-qara” formanı geyinən 28 yaşlı hücumçu təlim-məşq toplanışında fərqlənməyi də bacarıb. O, Almaniyanın “Osnabryuk” klubu ilə görüşdə (1:1) hesabı açıb:

“Hesab edirəm ki, hər 3 yoxlama matçında çox yaxşı oynadıq. Sınaq matçları önəmlidir. Bu zaman nəticədən çox komandanın necə oyun göstərməsi vacibdir. Matçlarda yaxşı təsir bağışlamağımız gələcəyə nikbin baxmağa əsas verir”.

Zets mövsümün həlledici mərhələsində onları çətin sınaq gözlədiyini bildirib: 

“Hər bir matç bizim üçün ağır keçəcək. İnanıram ki, mövsümün ikinci yarısında daha yaxşı formada olacağıq. Buna görə də, çempionatın sonunda xal ehtiyatımızın indikindən xeyli çox olacağını gözləyirəm”.

Bosniyalı futbolçu üçüncü dövrəyə məhz Gəncədəki oyunla uğurlu start verəcəklərinə inanır. O, “Kəpəz”ə ilk dövrədə ev oyununda olduğu kimi, səfər matçında da qol vurmağa çalışacağını deyib:

“Kəpəz”lə səfər matçı heç də asan olmayacaq. məqsəd ancaq qələbə qazanmaqdır və bunun üçün bütün gücümüzü səfərbər edəcəyik. Azarkeşlərimizə demək istəyirəm ki, bütün oyunlarda qələbə qazanmaq üçün meydanda var qüvvəmizi qoyacağıq. Onlardan əvvəlkitək dəstək gözləyirik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail