"Hakim səhvləri sponsorların əsəblərinə toxunur"

14.10.2011 | 5499 dəfə oxunub

Gəncə Regional Futbol Federasiyasının rəhbəri Xanlar Fətiyev Gəncənin “Kəpəz” klubunun son oyununda hakimliyin səviyyəsiylə bağlı fikirlərini bildirib. Stadium.az xəbər verir ki, böyük narazalığa səbəb olan “Kəpəz” – “Sumqayıt Şəhər” oyununda baş verənlərlə bağlı bunları dilə gətirib:

“Bütün baş verənləri özüm izlədim. Baş hakim Rauf Cabbarov həmin oyunda çox qərəzli qərarlar verdi. Özü də bu onun Gəncə komandasına qarşı birinci və sonuncu səhv qərarı deyil. Bundan əvvəl onun baş hakimliyi ilə keçirilən 3-4 oyunda Cabbarov çox reallıqdan uzaq, Gəncə komandasının oyununa təsir edə biləcək qərarlar verib. Bunu arxasında nə dayandığını isə hələ bilmirəm”.
 
O, qeyd edib ki, təkcə “Kəpəz”in oyununda yox, bir çox qarşılaşmada da Rauf Cavabbov ya bilərəkdən, ya da bilmədən səhv qərarlar verir: “Bu da Azərbaycanda yeni-yeni inkişafa doğru addımlamaq istəyən futbolumuza açıq aşkar zərbə vurur. Bu gün ölkə başçısı İlham Əliyev idmanın ən maraqlı növlərindən olan futbolun regionlarda inkişafına böyük dəstək verir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası da ölkəmizdə bu idman növünün daha da böyüməsinə böyük vəsaitlər xərcləyir, yeni layihələr həyata keçirir. Regionlarda yeni klubların yaranması, onların texniki təminatı, günü gündən yeniləşən futbolumuz bunun bariz nümunəsidir. Lakin böyük pullar xərclənən peşəkar komandaların oyununda Rauf Cabbarov kimi hakimlərin buraxdığı səhvlər təbii ki, futbolun inkişafına çalışan insanların, sponsorların əsəblərinə toxunur. Axı onlar yaxşı bir komanda formalaşdırmaq üçün çox böyük vəsaitlər xərcləyirlər. Komandaya xaricdən legionerlər dəvət olunur, uşaq futbolunun inkişafı üçün meydançalar yaradılır, onların maddi və texniki təminatı üçün bütün işlər görülür.  Çox maraqlıdı ki, “Kəpəz” rəhbərliyinin etirazlarına baxmayaraq, bir çox oyunda kobud səhvlər buraxmış bir hakimi cəzalandırmaq əvəzinə yenə də növbəti turda peşəkar komandaların oyununa baş hakim təyin edirlər. Ölkə başçısının, AFFA rəhbərliyinin klublara göstərdiyi diqqət və qayğının qarşısında Hakimlər Komitəsinin belə müəmmalı təyinatlarını heç cürə başa düşə bilmirəm. Əgər Rauf Cabbarovu peşəkar hesab edirlərsə, deməli, bu hakim Gəncə futbolunun inkişafını istəmir və ya sifarişli qərarlar çıxarır, yox əgər təcrübəsizdirsə, niyə Hakimlər Komitəsi onu I diviziona və ya əvəzedicilərin oyununa göndərmir? Qoy, orada gedib bir az futbol biliklərini artırsın”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail