"Qəbələ" hazırlıqlara başladı

03.02.2016 | 2697 dəfə oxunub

“Qəbələ” Topaz Premyer Liqasının XX turunun “İnter”lə oyununun hazırlıqlarına başlayıb.

Stadium.Az klubun saytına istinadən xəbər verir ki, XIX turun yanvarın 30-da keçirilən “Kəpəz”lə səfər qarşılaşmasından (0:3) sonra iki günlük istirahətə buraxılan “qırmızı-qaralar” bu gün Qəbələ şəhər stadionunda hazırlıq keçib.

Məşq prosesi iki hissədən ibarət olub. Roman Qriqorçukun futbolçuları əvvəl fiziki hazırlıq keçib, ardınca toplu çalışmalarla məşq edib. Zədədən sonra hazırlıqlara qatılan Ruslan Abışov fərdi məşqlə kifayətlənib. “Qəbələ” növbəti məşqini sabah keçirəcək. Hazırlıq prosesi günün birinci yarısında baş tutacaq.

“İnter” – “Qəbələ” oyunu fevralın 7-də keçiriləcək. “İnter Arena”da baş tutacaq qarşılaşma saat 17:30-da start götürəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail