Şahin Diniyev: "Altı oyundur ki, top buraxmırlar”"

07.02.2016 | 2412 dəfə oxunub

Fevralın 7-də Premyer Liqanın 20-ci turunda Gəncədə AZAL-ı qəbul edəcək “Kəpəz” ötən gun oyunun keçiriləcəyi şəhər stadionunda son məşqinə çıxıb.

Stadium.Az xəbər verir ki, təxminən 50 dəqiqə sürən hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq olub.

Məşqin sonunda komandanın baş məşqçisi Şahin Diniyev qarşıdakı matçla bağlı fikirlərini bölüşüb: “Sabah bizi bəlkə də “Qəbələ” ilə oyundan da çətin qarşılaşma gözləyir. Uşaqlar bunu yaxşı dərk edirlər. Çalışacağıq ki, meydanda əlimizdən gələni edək. Amma asan görüşün olmayacağını bir daha təkrarlayıram. Rəqib mübariz komandadır, meydançanın hər qarışı uğrunda vuruşur, motivasiyalıdır. “Qarabağ”ı məğlub ediblər və bu onlarda həvəsi daha da artırıb. Altı oyundur ki, top buraxmırlar”. 

Sonda qeyd edək ki, “Kəpəz”in heyətində zədəli və ya cəzalı futbolçu yoxdur. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail