"Xəzər Lənkəran" AFFA-nın Apelyasiya və Ekspert Komitəsinə müraciət edəcək

08.02.2016 | 3568 dəfə oxunub

"Xəzər Lənkəran" AFFA-nın Apelyasiya və Ekspert Komitəsinə müraciət edəcək. Stadium.az xəbər verir ki, "Qarabağ"la oyunda Ruslan Cəfərova göstərilən ikinci sarı vərəqəni ləğv etdirmək istəyirlər.

Futbolçu "Qarabağ"la oyunun 29-87-ci dəqiqələrində qeyri-idman hərəkətinə görə sarı vərəqə alıb. 87-ci dəqiqədə göstərilən vərəqə penaltiyə səbəb olub və Cəfərov meydandan qovulub.

"Xəzər Lənkəran" tərəfi ikinci "sarı"nın, yəni qırmızı vərəqənin haqlı olmadığını düşünür. Klub bu gün bununla bağlı Apelyasiya və Ekspert Komitəsinə müraciət edəcək.

Xatırladaq ki, oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da qırmızı vərəqənin haqlı olmadığını bildirmişdi: "Hakimə bildirdim ki, qırmızı vərəqəni verməyə bilərdi. Çünki futbolçumuz kənar gedirdi, üzü qapıya deyildi. Bu, sadəcə içimdən gəldi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail