Cavid Hüseynov: "Mən bütün Azərbaycan xalqına sübut edəcəm ki, günahsızam"

10.02.2016 | 8330 dəfə oxunub

Bu gün Səbael rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi çərçivəsində həbs edilən futbolçu Cavid Hüseynovun məhkəmə prosesi başlayıb.
 
Stadium.az xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb. Proses başlayandan sonra vəkil Adəm Məmmədov vəsatət verib ki, jurnalistlər prosesdə iştirak etsin. Bundan sonra vəsatət təmin olunub və jurnalistlər zala daxil olub.  

Prokuror ittiham nitqi ilə çıxış edib. 

Cavid Hüseynov ittiham üzrə özünü təqsirli bilməyib. O, məhkəmədə sərbəst ifadə verib: “Ayın 8-də evdə ailəmlə oturmuşdum. Elşən “WhatsApp”da yazdı ki, xəbərə bax, sənin haqqında pis şeylər yazıblar. Dedim, eybi yoxdur, jurnalistdir, qoy yazsın, işin olmasın. Elşən artıq Rasimlə danışdığını, Rasimin ona ağır söyüş söydüyünü dedi. Mən də Elşəndən Rasimin nömrəsini alıb, ona zəng elədim. Uzun müddət danışdıq, çox mülayim keçdi söhbətimiz. Məsələni ona izah elədim. O da məni başa düşüb, məndən üzr istədi. Ona dedim, mümkündürsə, bunu da yaz ki, Cavidlə danışdım və səhv anladığım üçün ondan üzr istəyirəm. Sonra Elşənə zəng eləyib dedim ki, heç nəyə ehtiyac yoxdur, Rasimlə danışıb məsələni bağladıq”.

                                        
 
 
C.Hüseynovun sözlərinə görə, bundan sonra məşqə gedib: “Məşqdən çıxanda Elşən zəng elədi ki, Rasimlə görüşdüm, ona təpik vurdum, Rasim də qaçıb getdi. Elşəni xeyli danladım. Çünki məni saymamışdı. Sonra hamamdan çıxanda gördüm ki, saytlar yazıb, Rasim Əliyevi Cavid Hüseynovun qohumları döyüb. Elşənə zəng elədim ki, necə vurmusansa, Rasim xəstəxanaya düşüb. Ardınca isə bir insan kimi xəstəxanaya getdim. Xəstəxanada Rasimlə görüşdüm. Rasim dedi, sənin bibioğlun məni çay içməyə dəvət elədi və döydü. Orda bildim ki, Rasimin telefonu və pulqabısı hadisə yerindən götürülüb. Ondan üzr istəyib çıxıb getdim. Səhəri gün Qəbələyə gedirdim, yolda qardaşım Almaniyadan zəng elədi ki, Rasim ölüb. Tez Elşənə zəng elədim ki, özünə vəkil tut, get, təslim ol, hər şeyi olduğu kimi danış. Mən Rasimlə danışanda hər şey yaxşı idi. Mən bilsəydim, onu orda yaxşı müalicə eləmirlər, öz hesabıma hara lazımdısa, aparıb onu müalicə etdirərdim.
  
Mən bütün Azərbaycan xalqına sübut edəcəm ki, günahsızam. “6 aydır günahsız yerə həbsdəyəm, bunun haqqını kim ödəyəcək? Mən burda haqqımı almasam, Allah qarşında haqq qazanacam”.
 
Hüseynovun adı jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi işində keçir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail